Qaradağda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakı şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimatı keçirilib.Bu, təkcə bir kitabın təqdimatı deyil, eyni zamanda tarixi yaddaşımızı, keçmişimizi xatırladan bir tədbir idi.
"Unikal" xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb.
İştirakçılar böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirərək, onun milli-mənəvi irsin qorunması istiqamətindəki uzaqgörən siyasətini xatırladıblar.
Tədbir iştirakçıları mərkəzin foyesində qeyd olunan kitabın səhifələrini əks etdirən foto şəkillərə və Qərbi Azərbaycana aid kitablara baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycan ərazisində qəbiristanlıqlar və tarixi abidələr üzərində ermənilər tərəfindən vandalizmə yol verilən hadisələri özündə ehtiva edən videoçarx nümayiş olunub.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq qonaqları salamlayıb və bu layihənin sadəcə elmi bir nəşr deyil, həm də mənəvi borcun təcəssümü olduğunu qeyd edib.
Tam oxu
Xəbəri oxu