Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qaradağda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Qaradağda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimatı keçirilib.Bu, təkcə bir kitabın təqdimatı deyil, eyni zamanda tarixi yaddaşımızı, keçmişimizi xatırladan bir tədbir idi.

"Unikal" xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb. İştirakçılar böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirərək, onun milli-mənəvi irsin qorunması istiqamətindəki uzaqgörən siyasətini xatırladıblar.

Tədbir iştirakçıları mərkəzin foyesində qeyd olunan kitabın səhifələrini əks etdirən foto şəkillərə və Qərbi Azərbaycana aid kitablara baxış keçiriblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Qərbi Azərbaycan ərazisində qəbiristanlıqlar və tarixi abidələr üzərində ermənilər tərəfindən vandalizmə yol verilən hadisələri özündə ehtiva edən videoçarx nümayiş olunub. 

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq qonaqları salamlayıb və bu layihənin sadəcə elmi bir nəşr deyil, həm də mənəvi borcun təcəssümü olduğunu qeyd edib. Məlumdur ki, illər boyu, zaman-zaman Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımız dədə-baba ocaqlarından, qədim yurd yerlərindən zorla didərgin salınmış, 1905-ci ildən başlayaraq 1988-ci il də daxil olmaqla mərhələ-mərhələ deportasiya olunmuşlar. Ulu Öndər 2 -ci dəfə hakimiyyətə gələn zaman Qərbi Azərbaycandan məcburi köçkün olunmuş vətəndaşlara öz yurdlarına qayıdacağı fikrini dəfələrlə qeyd edirdi. İcra başçısı vurğuladı ki, Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycanın siyasi kursunun prioritet istiqamətlərindən biridir və bu istiqamətdə aparılan işlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Digər çıxış edənlər Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid atası Nizami Hüseynov və Qərbi azərbaycanlı ziyalı Kərim Cəfərli kitabın elmi və ictimai əhəmiyyətindən danışaraq qeyd etdilər ki, əsrlər boyunca Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin mədəni irs bu gün də xalqımızın mənəvi yaddaşında yaşayır və gələcək nəsillərə ötürülməsi zəruridir. “Qərbi Azərbaycan İrsi” kitabının nəşri bu istiqamətdə atılmış mühüm addımdır.

Vurğulanıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələ bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin əsas şərtlərindən biridir. Şanlı Zəfərimizdən sonra bu istiqamətdə tarixi prosesin təməli qoyulmuşdur və xalqımız əmindir ki, cənab Prezidentimizin siyasi iradəsi və qətiyyəti sayəsində Qərbi Azərbaycana qayıdışın ədalətli həlli beynəlxalq səviyyədə təmin olunacaqdır.

Sonda tədbir iştirakçıları “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildi ilə yaxından tanış olublar və kitabın təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri