Qaranlığın qənimi Zemfira Məhərrəmli | Icma.az
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq. ZEMFİRA MƏHƏRRƏMLİ- 70İmza var ki, oxuyursan, müəllifi tanımağa çalışırsan, bir obraz ya
Mən adətən illər öncə yaşayan müəlliflərin də həyat tərzi, şəxsiyyəti haqda məlumat toplamağa çalışıram.
İmza da var ki, müəllifi görmək, tanımaq imkanın olur və sonra, tərifləyənlər olsa belə, oxuya bilmirsən.
Məni davranışları, danışıqları, üzlərindəki ifadə ilə imzasından uzaqlaşdıran müəlliflər var.O isə fərqlidir.
İmzasını görəndə sevinirsən, qaranlıqda işıq tapan kimi. Özünü görəndə insanları sevirsən, insanlığı görən kimi.
Əslində belədir Zemfira Məhərrəmli. Yazıları, yəni yazıçı dili aydın, anlayışlı, şirin özü kimi.
Mən heç, dünyaca məşhur olsalar da, insanları bədbəxt olduqlarına inandırmağa yönləndirən, həyatdan bezdirən əsərləri, müəllifləri sevmədim.
Hər kəsin işığı olmalıdır, onu paylaşmalıdır. Əgər bu kəs həm də yazı adamıdırsa, bu onun borcudur, həm də istedadıdır.
Tam oxu
Xəbəri oxu