Icma.az
close
up
RU
Qaranlığın qənimi Zemfira Məhərrəmli

Qaranlığın qənimi Zemfira Məhərrəmli

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

 ZEMFİRA   MƏHƏRRƏMLİ- 70

İmza var ki, oxuyursan, müəllifi tanımağa çalışırsan, bir obraz yaradırsan öz aləmində. Mən adətən illər öncə yaşayan müəlliflərin də həyat tərzi, şəxsiyyəti haqda məlumat toplamağa çalışıram. İmza da var ki, müəllifi görmək, tanımaq imkanın olur və sonra, tərifləyənlər olsa belə, oxuya bilmirsən. Məni davranışları, danışıqları, üzlərindəki ifadə ilə imzasından uzaqlaşdıran müəlliflər var.

O isə fərqlidir. İmzasını görəndə sevinirsən, qaranlıqda işıq tapan kimi. Özünü görəndə insanları sevirsən, insanlığı görən kimi. Əslində belədir Zemfira Məhərrəmli. Yazıları, yəni yazıçı dili aydın, anlayışlı, şirin özü kimi. Mən heç, dünyaca məşhur olsalar da, insanları bədbəxt olduqlarına inandırmağa yönləndirən, həyatdan bezdirən əsərləri, müəllifləri sevmədim. Hər kəsin işığı olmalıdır, onu paylaşmalıdır. Əgər bu kəs həm də yazı adamıdırsa, bu onun borcudur, həm də istedadıdır. Məsələn, Vüqtor Hüqo “Səfillər”ində səfilliyin, insan ağrılarının alt qatınacan gedib. Amma əsərdə həyata, yaşamağa necə bir sevgi var, inam var. Təkcə Javerin intihar etməsi ədalətin, mərhəmətin, ləyaqətin-insanlığın  ucalığıdır. Əsərin əvvəlində yepiskop Mirielin Jan Valjana dediyi ”siz artıq xeyirin ixtiyarındasınız” sözləri əsərin bütün bədxahlarının məğlubiyyətidir.

Həyat-yaşam asan deyil, problemlər, çətinliklər, ağrı-acılar olur. Yazıçının ustalığı işığı tapmağa kömək etməkdir. O işığı göstərə bilməkdir. Zemfira Məhərrəmli məhz belədir: özü də, sözü də işıqpaylayandır. Sevimlidir, seviləndir, sevgi doludur. Öz yeri var yaradıcı aləmdə. Bu yeri zəhməti, istedadı, yaratdıqları ilə  tutub.

Zemfira xanım addım-addım gəzib bütün yaradıcılıq yollarını, bütün  mərhələrindən keçib. Yəni pillə-pillə yüksəlib.  Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib əmək fəaliyyətinə müxbir kimi başlayıb. İndi isə mən tələbə həyatından sonra müxbir kimi çalışmağa başlayan pedaqoq alim, yazıçı, publisist Zemfira xanımdan danışıram. Bu illərdə o, böyük bədii, elmi, publisist söz xəzinəsi yaradıb. Baxdığım son tamaşa Zemfira Məhərrəmlinin son əsərlərindən olan “Ümid işığı”dır. Tamaşaya baxanda mövzusundan çox əsərin verdiyi mesajı düşündüm. Adi baxışla mühakimə yürütsək, gənclərin dolaşıb qaldıqları məhəbbət mövzusudur. Amma diqqətli oxucu, tamaşaçı, valideyn, vətəndaş, insan kimi düşünsək bir pedaqoq yazıçının bizə demək istədiyi məsləhətdi: ailədə qarşılıqlı anlaşma mühümdür. Uşaqlara yalnız övlad kimi baxmayın-onların hər biri ayrı fərddir, şəxsiyyətdir. Onlarla dost olun. Sirdaş olun. Sizinlə bölüşsünlər.  Kənarda özlərinə sirdaş axtarıb, daha böyük səhvlərə getməsinlər. Zemfira xanımın çox yazılarında bunu izləyirsən. Hadisələrə, həyata münasibəti yaradıcı olsa da, pedaqoq yazıçı olmaya da bilər.Amma  bir söz adamının, yazıçının pedaqoq olması vacibdir. O öz yazılarında mütləq cəmiyyətə -insanlara doğruya üz tutmağı, problemlərə düzgün yanaşmağı, sevinməyi bacarmağı və s. kimi mesajlar ötürməlidir. Məhz bunu bacarır Zemfira Məhərrəmli.

Onun dissertasiya mövzusu da diqqətimi çəkdi. Jurnalistika fakultəsinin məzununun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında tərbiyə problemi”  mövzusunda müdafiə etməsi də maraqlı oldu mənimçün.  Bu elmi tədqiqat işinin pedaqogikaya və jurnalistikaya nəzəri yenilik gətirən bir əsər kimi qiymətləndirilməsi də təsadüfü deyil. Bu fərqlilik onun yazılarında hiss olunur. Onun publisitikasında, hekayələrində, ümumilikdə yaradıcılığında bir öyrətmən duyumu, təhlili, yanaşması var. Məsələn, “12 yaşın sevinci” kiçik bir hekayədir. Bədbəxt bir ailənin kədərli həyat hekayəsidir. İçki aludəçisi ata, xəstə ana və bu ağır yükün altında böyüyən uşaq. Bu bədbəxtliyi necə çözür yazıçı? Qələbə ilə! Pula ən çox ehtiyacı olduğu vaxtda 12 yaşlı oğlan zorakılığa məruz qalmış gənc qızın bahalı telefonunu tapır. Telefonu sahibinə qaytarmaqla bir ailəyə sevinc yaşatması onun içində olan saf duyğuların, dürüstlüyün, doğrunun, sevginin qələbəsidir. Bu qələbə sevincini 12 yaşlı oğlan bir ailəyə yaşadır və özü də yaşayır. Qızın anası çoxlu hədiyyələrlə  məhz oğlanın doğum günündə onlara gəlir, onun alicənablığından, gözəl tərbiyə görməsindən söz edir. Və bu zaman hekayənin əsas mahiyyəti aydın olur: Oğlu haqqında xoş sözlər eşidən sərxoş ata ayılır, xəstə ana yataqdan qalxır... Nağıllardakı kimi xeyir qalib gəlir! 

Zemfira xanımın ən çox sevdiyim cəhəti onun yazılarında işığın olmasıdır. Onun qəhrəmanlarının oxucuya da yansıyan Ümid işığı var. İnsanın özünü görməsi var. Zemfira xanım deyir ki, hər insan səhv edə bilər, yanlış seçə bilər yolunu. Amma hər insan da öz səhvini görə bilər, öz yanlış yolundan dönə bilər. “Özünüzə baxmağı, özünüzü görməyi bacararsınız” deyir oxucusuna.

Onun yaradıcılığında müxtəlif mövzular, eləcə də  Vətənpərvərlik, Qarabağ mövzusu özünəməxsusluğu ilə seçilir. Qələbədən əvvəl də, sonra da bu onun mövzusudur: “Döyüşə qızlar gedir”,  “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “40 qız dastanı” və b. nəsr nümunələri bunun göstəricisidir. Zemfira xanım özü təkcə bu mövzuda  yazmayıb, həm də bu mövzuda yazan müəlliflərin yaradıcılığına nəzər salıb, təhlil edib və oxuculara təqdim edib. Dəyərli prof. Vaqif Yusiflinin qeyd etdiyi kimi “Z. Məhərrəmli müasir nəsrimizdə, publisistikamızda da Qarabağ həqiqətlərini əks etdirən əsərlər haqqında yazıları ilə mətbuatda çıxış edib və o yazılar heç də faktların sıralanması deyil, Qarabağ ruhunun - Azərbaycançılıq ideyasının nəsrimizdə və publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir”. Bu fikir Vaqif Yusiflinin “Bədii düşüncədə Qarabağ” kitabı haqqında yazısındandır.
Onun yaradıcılığının mənəvi yükü çoxdur. Klassik səslənsə də, tərbiyəvi əhəmiyyəti çoxdur. Bütün gözəl duyğuları qoruyan, yaşadan sevgi öndədir. Həyata sevgi ilə dopdoludur özü də, yaratdıqları da. Zemfira xanım ruhən, içdən duyduqlarını yazır. Onun dilinin belə rahat anlaşılması, aydın olması bunun nəticəsidir. Şair, yazıçı, hətta təxəyyülünün məhsulu olsa belə, yazdığını ruhən duymursa, onun dili, demək istədiyi anlaşılmayacaq ki, son illərdə şeiri, hekayəsi, romanı anlaşılmayan, qarmaqarıq fikirlər toplusu təsiri bağışlayan imzalar az deyil.

Zemfira xanımın özünün dediyi kimi: Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır”. Zemfira xanımın bu işığı var: sevgili, qadın, ana, nənə, yazar kimi. Yaradıcılığı da belə işıqlıdır. Həyatı yaradıcılığına, yaradıcılığı həyatına işıq salır. Bu işığın oxuculara ötürə bilməsi  Zemfira xanımın istedadıdır.

Bu işıq həmişə qaranlığa qənim olacaq.

Kamalə Abiyeva, şair, publisist.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri