QARAYEV MOSKVADA BALIQ VƏ NEFT DƏ SATIRMIŞ... Keçmiş nazir oğurladığı sərvəti niyə məhz Ru…
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin hazırda dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın əlaqələri üzə çıxdıqdan sonra onun korrupsiya hesabına əldə etdiyi sərvəti medianın gündəminə gəlib.
Mətbuat keçmiş naziri dövlət vəsaitlərini talamaqdan tutmuş Azərbaycan mədəniyyətinin nadir incilərini qaçaqmalçılıq yolu ilə xaricə çıxarmağa qədər çox ciddi ittihamlar yağdırır.Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə Əbülfəs Qarayevin oğurluq pullar hesabına xarici ölkələrdə qurduğu biznesi araşdırıb.
Maraqlıdır ki, o, çırpışdırdığı vəsaitlərin əhəmiyyətli hissəsini məhz Rusiya iqtisadiyyatına yatırıb.
Keçmiş nazirə ünvanlanan ittihamların başında isə Bakıdakı bağ evində Ramiz Mehdiyevlə birlikdə Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitlərinə ziyafət verməsi, onları əyləndirməsi dayanır...C.Həsənli “Facebook” hesabında xatırladır ki, keçmiş nazirin keçmiş deputat, yazıçı Hüseynbala Mirələmovla birgə Panamada "RİMBA SA" şirkəti, Xorvatiyadakı "Amfiteatr" oteli, mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazıb.
Onun sözlərinə görə, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları - balıq, molyusk da satırmış: “Moskvada Qarayevin "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.
Dövlətin isə ümumiyyətlə xəbəri olmayıb ki, Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə deyil, həm də neft və qaz məhsulları satırmış.
Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:- 2004--cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;- 2008-ci ildə Xorvatiyada LK D.O.O.
Tam oxu
Xəbəri oxu