Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

QARAYEV MOSKVADA BALIQ VƏ NEFT DƏ SATIRMIŞ... Keçmiş nazir oğurladığı sərvəti niyə məhz Rusiyaya daşıyıb? (SİYAHI)

QARAYEV MOSKVADA BALIQ VƏ NEFT DƏ SATIRMIŞ... Keçmiş nazir oğurladığı sərvəti niyə məhz Rusiyaya daşıyıb? (SİYAHI)

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin hazırda dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın əlaqələri üzə çıxdıqdan sonra onun korrupsiya hesabına əldə etdiyi sərvəti medianın gündəminə gəlib. Mətbuat keçmiş naziri dövlət vəsaitlərini talamaqdan tutmuş Azərbaycan mədəniyyətinin nadir incilərini qaçaqmalçılıq yolu ilə xaricə çıxarmağa qədər çox ciddi ittihamlar yağdırır.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə Əbülfəs Qarayevin oğurluq pullar hesabına xarici ölkələrdə qurduğu biznesi araşdırıb. Maraqlıdır ki, o, çırpışdırdığı vəsaitlərin əhəmiyyətli hissəsini məhz Rusiya iqtisadiyyatına yatırıb. Keçmiş nazirə ünvanlanan ittihamların başında isə Bakıdakı bağ evində Ramiz Mehdiyevlə birlikdə Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitlərinə ziyafət verməsi, onları əyləndirməsi dayanır...

C.Həsənli “Facebook” hesabında xatırladır ki, keçmiş nazirin keçmiş deputat, yazıçı Hüseynbala Mirələmovla birgə Panamada "RİMBA SA" şirkəti, Xorvatiyadakı "Amfiteatr" oteli, mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazıb. Onun sözlərinə görə, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları - balıq, molyusk da satırmış: “Moskvada Qarayevin "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var. Dövlətin isə ümumiyyətlə xəbəri olmayıb ki, Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə deyil, həm də neft və qaz məhsulları satırmış.

Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

- 2004--cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adına təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" otelini alıb;

- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.

- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb (qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət);

- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;

- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;

- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ) kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib”.

İndi mənzərə daha aydın görünür: Ə.Qarayev niyə 44 günlük müharibənin başlamasına bir neçə ay qalmış vəzifədən qovulur, daha əvvəl Mədəniyyət Nazirliyində misilsiz korrupsiya ifşa edilir, həbslər aparılır. Həm də o məlum olur ki, qaranlıq işlərinə rəğmən o məsuliyyətdən kənarda qalır, heç məhkəmələrə şahid qismində belə çağırılmır. Çünki Ramiz Mehdiyevin bədheybət qanadları onu qoruyub.

İndi isə bu qanadlar yoxdur, Ə.Qarayevin törətdiyi əməllərə görə cavab verməsinə artıq heç bir maneə qalmayıb...

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri