Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
16 il Azərbaycanın mədəniyyət naziri olan və bu dövrdə nazirlikdə baş verən korrupsiya, vəzifə cinayətləri ilə əlaqədar medianın tənqid hədəfində olmuş Əbülfəs Qarayev yenidən gündəmdədir.
Bu dəfə onun adı dövlətə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qoşa çəkilir.
Atalar nahaq yerə deməyib ki, “Dostunu göstər, kim olduğunu deyim”.
Bu baxımdan vaxtilə ətrafına dövlət vəsaitlərinin mənimsənilməsi, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq kimi çirkin əməllərdə ittiham olunaraq həbsə göndərilənləri toplayan, talançılara vəzifə verən Qarayevdən yaxşı nəsə gözləmək çətindir.Yada salaq ki, 2020-ci ilin mayında keçirilən antikorrupsiya əməliyyatı nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması Xidmətinin rəhbəri Zakir Sultanov rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olunub.
Məhkəmə Bayramova 8 il, Sultanova isə 11 il həbs cəzası verib. Bu əməliyyatdan qısa müddət sonra – 21 may 2020-ci ildə Ə.
Qarayev vəzifəsindən azad edilib. Mədəniyyət məmurlarının məhkəməsində onun adı dəfələrlə çəkilib, konkret faktlar təqdim edilib, amma hakim
Hökumətə yaxın media resurslarının verdiyi məlumatlarda qeyd olunur ki, Ramiz Mehdiyev işi çərçivəsində də Əbülfəs Qarayevin adı hallanır.