Icma.az
close
up
RU
QARAYEVİN “QARA İŞLƏRİ” İFŞA EDİLİR... Mehdiyev sabiq nazirə kimləri “verbovka” etməyi tapşırıb?

QARAYEVİN “QARA İŞLƏRİ” İFŞA EDİLİR... Mehdiyev sabiq nazirə kimləri “verbovka” etməyi tapşırıb?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

16 il Azərbaycanın mədəniyyət naziri olan və bu dövrdə nazirlikdə baş verən korrupsiya, vəzifə cinayətləri ilə əlaqədar medianın tənqid hədəfində olmuş Əbülfəs Qarayev yenidən gündəmdədir. Bu dəfə onun adı dövlətə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qoşa çəkilir. Atalar nahaq yerə deməyib ki, “Dostunu göstər, kim olduğunu deyim”. Bu baxımdan vaxtilə ətrafına dövlət vəsaitlərinin mənimsənilməsi, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq kimi çirkin əməllərdə ittiham olunaraq həbsə göndərilənləri toplayan, talançılara vəzifə verən Qarayevdən yaxşı nəsə gözləmək çətindir.

Yada salaq ki, 2020-ci ilin mayında keçirilən antikorrupsiya əməliyyatı nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması Xidmətinin rəhbəri Zakir Sultanov rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olunub. Məhkəmə Bayramova 8 il, Sultanova isə 11 il həbs cəzası verib. Bu əməliyyatdan qısa müddət sonra – 21 may 2020-ci ildə Ə. Qarayev vəzifəsindən azad edilib. Mədəniyyət məmurlarının məhkəməsində onun adı dəfələrlə çəkilib, konkret faktlar təqdim edilib, amma hakimlər nədənsə cənab Qarayevin heç olmasa şahid qismində belə proseslərə dəvət etmədilər.

İndi isə məlum olur ki, onun cinayət məsuliyyətindən azad edilməsini hakimlərə şəxsən Ramiz Mehdiyev tapşırıbmış.

Eyni zamanda bildirilir ki, sabiq nazirin “qara işləri” yalnız məhkəmələrdə açıqlananlarla məhdudlaşmayıb. Hökumətə yaxın media resurslarının verdiyi məlumatlarda qeyd olunur ki, Ramiz Mehdiyev işi çərçivəsində də Əbülfəs Qarayevin adı hallanır. Onun adı Ramiz Mehdiyevin çevrəsində olan “şimal dostu” kimi çəkilir.

Məlumata görə, Mehdiyevin və Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə Bakı bağlarının birində təşkil olunan görüşlərdə Qarayev aktiv iştirakı, hətta məclisləri şənləndirməsi ilə seçilib. Ramiz Mehdiyevin tapşırığı ilə o, məlum qruplaşma üçün “verbovka” tədbirləri həyata keçirib. Vəzifədə olan, potensiala malik ayrı-ayrı şəxsləri qruplaşmanın təsir dairəsinə salmağa çalışıb. O, dost məclislərində “Azərbaycanda ən güclü qrup bizik” deyirmiş...

Sabiq nazirin kimləri Rusiya şəbəkəsi üçün "verbovka” açıqlanmasa da, onların adlarının da məlum olduğu şübhə doğurmur...

Mehdiyevin “xəyanət şəbəkəsinin” fəal üzvü olduğu iddia edilən Qarayevin nazir olduğu dövrdə yol verdiyi qanunsuzluqlarla bağlı da ciddi ittihamlar səsləndirib: “Onun rəhbərliyi dövründə Mədəniyyət Nazirliyində büdcə yeyintiləri astronomik həddə çatmışdı, hər şey rüşvətlə həll olunurdu. Hətta dövlət mükafatları verilən mədəniyyət, incəsənət nümayəndələrindən belə rüşvət alındığı ictimaiyyətdə geniş müzakirə olunurdu. Üstəlik, Azərbaycan xalqının mədəniyyət və incəsənət incilərinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə xaricə çıxarılması və satılması halları da həmin müzakirələrin tərkib hissəsi idi. Azərbaycan mədəniyyəti hələ də Əbülfəs Qarayevin vurduğu zərbələrin fəsadlarını yaşayır”.

“Vəzifədə olduğu illər ərzində o, dövlətdən çırpışdırdığı milyonlar hesabına Rusiya, Litva, Panama, Malta kimi ölkələrdə biznes qurub. Azərbaycanda və xaricdə onun ailə üzvlərinin baş hərflərindən ibarət olan QALS (Qarayev, Əbülfəz, Lalə, Suad) brendi yaradılıb və o, özündə çoxsaylı daşınmaz əmlakı, biznesi cəmləşdirib...”, – deyə bildirilir.

Qeyd olunur ki, müharibədən əvvəl Azərbaycanın dövlət strukturlarında təmizləmə prosesinə başlanılıb, bir çox məmur vəzifəsindən kənarlaşdırılıb, bəziləri məsuliyyətə cəlb edilib. Ancaq Əbülfəs Qarayev vəzifədən qovulsa da, müxtəlif vasitələrdən istifadə etməklə cəzadan yayına bilib. Ancaq Azərbaycan mədəni irsinə, mədəniyyətinə və mənəviyyatına ağır zərbələr vurulmasında əsas rollardan biini ifa edən bu şəxsin məsuliyyətdən kənarda qalmamalı olduğu da vurğulanır.  

Hökumətə yaxın mediada Əbülfəs Qarayevə qarşı bu cür ağır ittihamların işıq üzü görməsi artıq onun da “qara günlərinin” başladığının xəbərçisidir. Sabiq nazirin cavab verməli olduğu çox sual var...

Rasim Əliyev
“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri