Icma.az, Konkret.az portalına istinadən məlumat verir. Ağcabədidə qardaşının arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə ağır cəza verili
Həbs edilən şəxs əməlindən peşman olmadığını, qətli namus üstündə törətdiyini deyib.
KONKRET.az xəbər verir ki, 33 yaşlı Elgiz Məhərrəmov qardaşının arvadı 32 yaşlı Nəzmiyyə Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib.
Sonra isə könüllü şəkildə polisə təslim olub. Məhkəmədə ifadə verən E.Məhərrəmov bildirib ki, özünü təqsirli bilir.
Bakıda yaşayan Məhərrəmov qardaşının arvadını qətlə yetirmək üçün Ağcabədiyə gedib.
Bir uşaq atası olan Məhərrəmov hadisənin baş vermə səbəbi haqda bunları deyib: “Qardaşım uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşayırlar.
Mən də ailəm və anamla Bakıda yaşayırdıq. Bir gün anamın telefonuna baxanda qardaşım Çingizdən anama“Whatsapp”dan gələn bir səs yazısına qul
Həmin mesajlar bir qadın tərəfindən göndərilmişdi. Çingiz də həmin səsli mesajları anama yönəltmişdi.