Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qardaşı arvadını buna görə ÖLDÜRDÜ DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI KONKRET

Qardaşı arvadını buna görə ÖLDÜRDÜ DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ağcabədidə qardaşının arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə ağır cəza verilib. Həbs edilən şəxs əməlindən peşman olmadığını, qətli namus üstündə törətdiyini deyib.

KONKRET.az xəbər verir ki, 33 yaşlı Elgiz Məhərrəmov qardaşının arvadı 32 yaşlı Nəzmiyyə Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib. Sonra isə könüllü şəkildə polisə təslim olub.

Məhkəmədə ifadə verən E.Məhərrəmov bildirib ki, özünü təqsirli bilir. Bakıda yaşayan Məhərrəmov qardaşının arvadını qətlə yetirmək üçün Ağcabədiyə gedib.

Bir uşaq atası olan Məhərrəmov hadisənin baş vermə səbəbi haqda bunları deyib: “Qardaşım uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşayırlar. Mən də ailəm və anamla Bakıda yaşayırdıq. Bir gün anamın telefonuna baxanda qardaşım Çingizdən anama“Whatsapp”dan gələn bir səs yazısına qulaq asdım. Həmin mesajlar bir qadın tərəfindən göndərilmişdi. Çingiz də həmin səsli mesajları anama yönəltmişdi. Həmin qadın qardaşıma arvadına sahib çıxmasını, başqa kişilərlə münasibətinin olduğunu deyirdi.

Qardaşıma zəng edib məsələnin nə olduğunu soruşdum. Dedi ki, səsi göndərən qadın qonşuluqda yaşayan Həsənin baldızıdır. Qadın deyirdi ki, Çingizin arvadı bacısının əri ilə münasibəti var və buna görə də bacısının ailəsi dağılacaq.

Çingizin bundan sonra Nəzmiyyə ilə arasında mübahisə yaranmışdı. Nəzmiyyə Həsənin arvadının da, baldızının da yalan danışdığını demişdi. Ona böhtan atıldıını söyləyirdi.

Bu söhbətdən sonra Çingiz Nəzmiyyəni atasının Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən evinə apardı. Qardaşım boşanacaqlarını dedi. Nəzmiyyə bir neçə gün atasının evində qaldı. Bir müddət sonra Çingiz bacanağının məsləhəti ilə Nəzmiyyə ilə barışdı və Nəzmiyyə öz evinə qayıtdı”.

Ər-arvad barışsa da Elgiz Nəzmiyyəyə güvənməyib və bu məsələni araşdıracağını deyib: “Nəzmiyyə ilə telefonla danışdım. Məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsəcəyimi dedim. Nəzmiyyə yenə də Həsənlə heç bir münasibətinin olmadığını bildirdi”.

Elgiz ifadəsinə əlavə edib ki, qətl hadisəsindən 3-4 gün əvvəl qardaşı Çingiz ona zəng edərək ağlayıb və Nəzmiyyənin telefonda Həsənlə danışdığı deyib. Bundan sonra da Elgiz qətl hadisəsini törədib.

“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış. Nəzmiyyə Həsənlə aralarında sevgi münasibəti olduğunu qardaşıma etiraf edib. Qardaşım yenidən Nəzmiyyəni atasının evinə göndərib. Tam əmin oldum ki, onun bu hərəkəti ailəmin namusuna ləkə gətirib. Buna görə də onu öldürmək qərarına gəldim. Bir bıçaq alıb avtovağzaldan Ağcabədiyə getdim. Nəzmiyyənin atası evinə çatanda həyətdə heç kim yox idi. Orada Nəzmiyyəni öldürdüm”.

Elgiz Nəzmiyyənin boğazının sağ və sol tərəflərindən iki zərbə endirərək yerə yıxıb. Hadisədən sonra taksiyə minən Elgiz Ağdam Rayon Polis Şöbəsinə gedib. Bıçağı polis əməkdaşlarına təhvil verərək əməlini etiraf edib.

Mərhumun hüquqi varisi Elgizdən şikayətçi olub. Elgiz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Elgiz Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Musavat.com)

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Yanvar 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri