Qardaşım qızına demək istədiklərim Qəzənfər Paşayev yazır | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qəzənfər PAŞAYEVRespublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor Şöhrətin sevincini bol-bol yaşadın, yaşın kədərini yaşamaq isə sənə qismət olmadı.
Gödək oldu ömrün sənin. Səni çox tez itirdik. Nəyinsə itməsi, yoxa çıxması adamı min bir xəyala salır, pərişan edir.
Lakin insan itkisi həyatda ən ağır, əvəzolunmaz itkidir. Sənin itkin qəlbimizi göynətdi, sağalmaz yaraya döndü.
Təsəllini onda tapırıq ki, sən Allahın sevimli bəndələrindən idin.
Yaradan sənə müdriklik, analitik təfəkkür, kəskin ağıl, zəka, fitri istedad, natiqlik, rəhbərlik etmək bacarığı, tükənməz enerji bəxş etmişdi.
Sən yaradanın əta etdiklərindən qədərincə bəhrələnərək bir ömrə sığmayan böyük işlər görə bildin.
Nəticədə təkcə nəslimizin, xalqımızın deyil, bütün türk dünyasının sevimli övladına çevrildin.
Tam oxu
Xəbəri oxu