Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. “2025-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qa
Bu səfər təkcə diplomatik protokol çərçivəsində deyil, həm də türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasının inkişafında yeni m
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.
Politoloq qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin əsasında qədim türk mədəniyyəti, dil və mənəvi dəyərlər birliyi dayanır: “Ulu Öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qoyduğu dostluq təməli bu gün İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.
Cənab Prezident İlham Əliyevin bu səfəri iki ölkə münasibətlərinin yeni reallıqlar fonunda, Qafqaz və Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin artdığı dövrdə baş tutur.
Bu səfər həm də Türk Dövlətləri Təşkilatının daxilində iqtisadi və təhlükəsizlik inteqrasiyasının gücləndirilməsi istiqamətində yeni siyasi mesaj daşıyır.
Azərbaycan və Qazaxıstan hər biri zəngin enerji resurslarına və strateji nəqliyyat imkanlarına malik ölkələrdir.
Səfər çərçivəsində enerji, tranzit və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Xəzər dənizi vasitəsilə karbohidrogen və yüklərin daşınmasının genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur.