Icma.az
close
up
RU
Qardaşlıq, strateji əməkdaşlıq və yeni regional sinerji: Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri

Qardaşlıq, strateji əməkdaşlıq və yeni regional sinerji: Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“2025-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi dövlət səfəri iki ölkə arasında möhkəm dostluq, ortaq dəyərlər və strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. Bu səfər təkcə diplomatik protokol çərçivəsində deyil, həm də türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyasının inkişafında yeni mərhələ açan hadisədir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin əsasında qədim türk mədəniyyəti, dil və mənəvi dəyərlər birliyi dayanır: “Ulu Öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qoyduğu dostluq təməli bu gün İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Cənab Prezident İlham Əliyevin bu səfəri iki ölkə münasibətlərinin yeni reallıqlar fonunda, Qafqaz və Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin artdığı dövrdə baş tutur. Bu səfər həm də Türk Dövlətləri Təşkilatının daxilində iqtisadi və təhlükəsizlik inteqrasiyasının gücləndirilməsi istiqamətində yeni siyasi mesaj daşıyır.

Azərbaycan və Qazaxıstan hər biri zəngin enerji resurslarına və strateji nəqliyyat imkanlarına malik ölkələrdir. Səfər çərçivəsində enerji, tranzit və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Xəzər dənizi vasitəsilə karbohidrogen və yüklərin daşınmasının genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur. Xüsusilə, “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin inkişafı regional iqtisadi inteqrasiyanın mühüm təkanverici amilinə çevrilir. Azərbaycan və Qazaxıstan bu layihədə əsas strateji körpü rolunu oynayır”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində Qazaxıstan limanları ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında yeni əməkdaşlıq mexanizmlərinin qurulması, yükdaşımaların rəqəmsal idarə olunması və tranzit xətlərinin koordinasiyası istiqamətində mühüm razılaşmalar əldə edilib.

Politoloqun fikrincə, səfər təkcə iqtisadi maraqlarla məhdudlaşmayıb: “Qardaş xalqların mədəni və elmi əlaqələrinin genişləndirilməsi, gənclər və təhsil mübadilələrinin təşkili, eləcə də ortaq mədəni irsin qorunması məsələləri diqqət mərkəzində olub. Bu, xalqlarımız arasında qardaşlıq bağlarının möhkəmlənməsi üçün mühüm platformadır.

Prezident İlham Əliyev və Prezident Tokayev regional sabitlik, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan siyasətin vacibliyini vurğulayıblar. Azərbaycanın sülh təşəbbüsləri, regionda sabitliyin və əməkdaşlığın bərqərar olması istiqamətində göstərdiyi səylər Qazaxıstan tərəfindən yüksək qiymətləndirilib. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də türk dünyasının siyasi gələcəyi üçün önəmli strateji dayaqlardan biridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional enerji və nəqliyyat xəritəsində aparıcı rol oynayır. Bu, eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”.

Nicat İsmayılov qeyd edib ki, səfər, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq iqtisadi məkanın, vahid enerji və kommunikasiya sisteminin yaradılması istiqamətində atılmış əhəmiyyətli addım kimi dəyərləndirilir: “Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Azərbaycan diplomatiyasının səmərəli, çoxşaxəli və milli maraqlara əsaslanan siyasətinin bariz göstəricisidir. Bu səfər dostluq və qardaşlıq dəyərlərinə söykənən strateji tərəfdaşlığın yeni mərhələsini açır və Türk dünyasının gələcək inkişafına, həmçinin Qafqaz–Mərkəzi Asiya əlaqələrinin dərinləşməsinə ciddi töhfə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda sabitliyin, əməkdaşlığın və inkişafın əsas təminatçısı kimi öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirmişdir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri