Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Bu səfər çərçivəsində dövlət başçıları geniş tərkibdə görüşərək regional əməkdaşlıq, nəqliyyat-logistika layihələri və beynəlxalq məsələlər barədə geniş müzakirələr aparıblar.Səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur.Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində, oktyabrın 21-də Prezident Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər: "İlham Əliyev öz bəyanatında iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələri önə çəkib.
Ölkəmizin başçısı Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə gördüyünü, modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən, süni intellektin inkişafı üzrə həyata keçirilən islahatların ölkənin inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirdiyini qeyd edib.
Həmçinin, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndiyini və onun bütün dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Dövlət başçısı qardaş Qazaxıstanın Azərbaycana dəstəyini xüsusi minnətdarlıqla qeyd edib: "Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik".Əziz Ələkbərli qeyd edib ki, o, işğal dövründə Qazaxıstanın bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəklədiyini və sülh prosesinə kömək etdiyini bildirib:"İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin avqustun 8-də Vaşinqtonda paraflanmasından sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ilkin dəstəyini yüksək qiymətləndirib.
O, Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində də bu razılaşmaların Cənubi Qafqaza və nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsirini müzakirə etdiklərini söyləyib.
Bu kontekstdə, Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırmasını mühüm addım adlandırıb.
Prezidentin sözlərinə görə, ilk belə tranzit Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü olub ki, bu da sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".Əziz Ələkbərli: Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyi regional təhlükəsizliyin təminatında həlledici rol oynayırParlament üzvü əlavə edib ki, Prezident ölkələrimizi ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq və qardaşlığın birləşdirdiyini vurğulayıb.