Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Qardaşlıq və strateji birlik yolunda: Prezidentin Qazaxıstan səfəri

Qardaşlıq və strateji birlik yolunda: Prezidentin Qazaxıstan səfəri

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu səfər çərçivəsində dövlət başçıları geniş tərkibdə görüşərək regional əməkdaşlıq, nəqliyyat-logistika layihələri və beynəlxalq məsələlər barədə geniş müzakirələr aparıblar.

Səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində, oktyabrın 21-də Prezident Kasım-Jomart Tokayevlə geniş tərkibdə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər: 

"İlham Əliyev öz bəyanatında iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələri önə çəkib. Ölkəmizin başçısı Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə gördüyünü, modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən, süni intellektin inkişafı üzrə həyata keçirilən islahatların ölkənin inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirdiyini qeyd edib. Həmçinin, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndiyini və onun bütün dünyada etibarlı tərəfdaş olduğunu vurğulayıb. Dövlət başçısı qardaş Qazaxıstanın Azərbaycana dəstəyini xüsusi minnətdarlıqla qeyd edib: "Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik".

Əziz Ələkbərli qeyd edib ki, o, işğal dövründə Qazaxıstanın bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəklədiyini və sülh prosesinə kömək etdiyini bildirib:

"İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin avqustun 8-də Vaşinqtonda paraflanmasından sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ilkin dəstəyini yüksək qiymətləndirib. O, Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində də bu razılaşmaların Cənubi Qafqaza və nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsirini müzakirə etdiklərini söyləyib. Bu kontekstdə, Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırmasını mühüm addım adlandırıb. Prezidentin sözlərinə görə, ilk belə tranzit Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü olub ki, bu da sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Əziz Ələkbərli: Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyi regional təhlükəsizliyin təminatında həlledici rol oynayır

Parlament üzvü əlavə edib ki, Prezident ölkələrimizi ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq və qardaşlığın birləşdirdiyini vurğulayıb. Son üç ildə ondan çox qarşılıqlı səfərin münasibətlərin intensivliyini nümayiş etdirdiyini bildirərək, hər bir görüşün və müzakirənin konkret nəticəyə yönəldiyini qeyd edib. Ali Dövlətlərarası Şuranın ikinci iclasında əldə olunan nəticələrin ölkələrin, xalqların və qonşuların xeyrinə olduğunu dilə gətirib.

"O, fəal qarşılıqlı fəaliyyətin çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu, yeni nəqliyyat yolları açıldıqca Cənubi Qafqaz və Mərkəzi Asiyanın daha çox bir-birinə bağlandığını və vahid coğrafi məkan çərçivəsində çıxış etdiyini vurğulayıb. Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT və türk dövlətləri Sammitləri çərçivəsində bir-birini dəstəkləməsi yaxınlığın göstəricisidir. Gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Qazaxıstanın təşəbbüsü ilə strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Prezident Tokayevin fəxri qonaq kimi dəvət olunacağını bildirib. Dövlətimizin başçısı Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu xüsusi minnətdarlıqla qeyd edib. Prezidentlə Füzulidə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini təkcə təhsil ocağı deyil, həm də qardaşlığın və dostluğun rəmzi adlandırıb. Bəyanatda Orta Dəhliz layihəsinin reallaşdırılması ilə yanaşı, Zəngəzur dəhlizi layihəsinin də böyük potensiala malik olduğu qeyd edilib".

Sonda həmsöhbətimiz vurğulayıb ki,  İlham Əliyev Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını bildirərək, digər ölkələrin ərazisində də işlərin analoji sürətlə aparılacağı təqdirdə Zəngəzur dəhlizinin açılışının 2028-ci ilin sonuna qədər baş verə biləcəyini proqnozlaşdırıb. Həmçinin, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyəti olan TRIPP (The Trump route for international peace and prosperity) layihəsinin Orta Dəhlizin daha bir marşrutunu açaraq, Zəngəzurdan 15 milyon ton yük dövriyyəsi potensialı ilə yüklərin həcmini artıracağını bildirib:

"Astana sammitinin yekunları bir daha təsdiqləyir ki, Azərbaycan və Qazaxıstanın strateji müttəfiqliyi təkcə ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün iqtisadi inkişaf, nəqliyyat bağlantıları və regional təhlükəsizliyin təminatında həlledici rol oynayır. Hər iki dövlət başçısının iradəsi ilə müəyyən edilən bu yeni müttəfiqlik mərhələsi regionda yeni əməkdaşlıq üfüqlərini açır",- Əziz Ələkbərli fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri