Qaregin Paşinyan savaşı İrəvana nələr vəd edir? | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Kilsə və hökumət arasındakı qarşıdurma açıq mərhələyə keçib Bütün ermənilərin katolikosu II Qareginin Ermənistanda qarışıqlıq salmaq, fitnə-fəsad törətmək cəhdləri bitmək bilmir.
Ruhani libasına bürünmüş katolikos və onun çevrəsi baş nazir Nikol Paşinyanı devirmək “eşqi” ilə alışıb-yanan radikal revanşist qüvvələrlə həmrəy olaraq, onlara əlaltından dəstək verərək özünün xəbis niyyətlərini gerçəkləşdirməyə çalışır.
Özünü “qədim tarixə malik” erməni xalqının mənəvi dayağı hesab edən kilsə bu gün siyasi intriqaların iştirakçısına çevrilib.
II Qareginin son bəyanatlarından açıq şəkildə hiss olunur ki, o, hakimiyyətin zəifləməsini, ölkədə xaosun yaranmasını arzulayır.
Bu isə sadəcə siyasi maraq deyil, həm də şəxsi qisas hissinin məhsuludur.
Katolikosun təsir dairəsində olan bəzi keşişlər sosial şəbəkələr vasitəsilə cəmiyyətdə nifrət və qarşıdurma mesajları yayırlar.
Oktyabrın 19-da Eçmiədzindəki əsas kafedralda II Qareginin rəhbərlik etdiyi dini ayin keçirilib.
Tam oxu
Xəbəri oxu