Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Qaregin Paşinyan savaşı İrəvana nələr vəd edir?

Qaregin Paşinyan savaşı İrəvana nələr vəd edir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Kilsə və hökumət arasındakı qarşıdurma açıq mərhələyə keçib

Bütün ermənilərin katolikosu II Qareginin Ermənistanda qarışıqlıq salmaq, fitnə-fəsad törətmək cəhdləri bitmək bilmir. Ruhani libasına bürünmüş katolikos və onun çevrəsi baş nazir Nikol Paşinyanı devirmək “eşqi” ilə alışıb-yanan radikal revanşist qüvvələrlə həmrəy olaraq, onlara əlaltından dəstək verərək özünün xəbis niyyətlərini gerçəkləşdirməyə çalışır.

Özünü “qədim tarixə malik” erməni xalqının mənəvi dayağı hesab edən kilsə bu gün siyasi intriqaların iştirakçısına çevrilib. II Qareginin son bəyanatlarından açıq şəkildə hiss olunur ki, o, hakimiyyətin zəifləməsini, ölkədə xaosun yaranmasını arzulayır. Bu isə sadəcə siyasi maraq deyil, həm də şəxsi qisas hissinin məhsuludur. Katolikosun təsir dairəsində olan bəzi keşişlər sosial şəbəkələr vasitəsilə cəmiyyətdə nifrət və qarşıdurma mesajları yayırlar.

Oktyabrın 19-da Eçmiədzindəki əsas kafedralda II Qareginin rəhbərlik etdiyi dini ayin keçirilib. Katolikos kilsəyə toplaşanlara xeyir-dua vermək əvəzinə siyasi şüarlar səsləndirib. O bildirib ki, arxiyepiskoplar Mikael, Baqrat, Mkrtıç və Samvel Karapetyan siyasi qərarlar və saxta ittihamlarla həbs olunublar. Guya onların həbs edildiyini görəndə din xadimlərini ürəyi ağrıyır. “Hakimiyyətin kilsə əleyhinə fəaliyyətinə və qərəzli hərəkətlərinə baxmayaraq, bizim müqəddəs kilsəmiz sarsılmazdır, güclüdür və öz xalqına sadiq qalacaq. Eyni fədakarlıqla özünün ilahi missiyasını davam etdirəcək. Xalqa və vətənə ümid və xoş niyyətlə xidmət edəcək. Bütün inanclı övladlarımızı imanda və sevgidə sabit qalmağa, çətinliklərə və sınaqlara boyun əyməməyə çağırırıq. Biz vahid səylə milli ruhumuzu gücləndirməli, vətənimizi yüksəltməli, müqəddəs inancı xalqımızın varlığının və gələcəyinin sarsılmaz sütunu kimi qoruyub saxlamalıyıq”.

Eçmiədzin mərasimi bir daha göstərdi ki, Erməni Apostol Kilsəsi artıq mənəvi mərkəz statusunu itirərək siyasi proseslərin bilavasitə iştirakçısına çevrilib. Ənənəvi olaraq dini mərasimlər insanları mənəvi rahatlığa, sülhə, birliyə çağırmalı olduğu halda bu dəfə səslənən fikirlər ibadətgahdan deyil, siyasi tribunadan söylənilmiş nitq təsiri bağışlayıb. Katolikosun çıxışı faktiki olaraq kilsəni dövlətlə qarşı-qarşıya qoymaq, dini hissləri siyasi məqsədlərə xidmət etdirmək cəhdi idi. Bu çıxışın məğzində bir sadə həqiqət dayanır: kilsə rəhbərliyi Paşinyan hökumətinə qarşı yönəlmiş revanşist qüvvələrin informasiya və ideoloji dayağına çevrilmək niyyətindədir. II Qaregin öz çıxışı ilə dini pərdəsi arxasında gizlətdiyi siyasi ambisiyasını bir daha üzə çıxardı. O, həbsdə olan bəzi arxiyepiskopların adlarını çəkərək guya onların “ədalətsiz qərarlarla” cəzalandırıldığını deməklə kilsəni sanki müxalifət partiyasının davamına çevirdi. Halbuki bu şəxslər konkret qanun pozuntularına, dövlətin sabitliyinə qarşı fəaliyyətdə ittiham olunurlar. Kilsə rəhbərinin onların müdafiəsinə qalxması əslində dini missiyadan çox, siyasi həmrəyliyin ifadəsidir.

Ümumiyyətlə, II Qareginin son aylarda atdığı addımlar göstərir ki, Eçmiədzin özünü dövlətin paralel mərkəzinə çevirmək xəttindən dönmək istəmir. Kilsə rəhbərliyi dini tribunanı siyasi hesablaşmaların alətinə çevirərək xalqın inancına ən böyük zərbəni vurur. Ermənistanda hər dəfə sosial-siyasi gərginlik artanda katolikosun “millətin xilası” barədə pafoslu çıxışlar etməsi artıq adi hal alıb. Bu çıxışlar real problemləri gizlətmək, dini təsirin azaldığı bir vaxtda xalqın diqqətini kilsənin “əzəmətinə” yönəltmək məqsədi daşıyır. Lakin müasir Ermənistan cəmiyyəti bu cür bəyanatların arxasında duran məqsədi çoxdan anlayıb: məqsəd dini dəyərləri qorumaq deyil, siyasət meydanında mövqe qazanmaqdır.

***

Bu arada “Hraparak” qəzetinin yazdıqları diqqəti cəlb edir. Qəzet iqtidara yaxın mənbələrə istinadən bildirib ki, hakimiyyət katolikosu istefaya məcbur etmək üçün Erməni Apostol Kilsəsinin işini iflic etməyi planlaşdırır. Nəşrin mənbələri Eçmiədzinin digər əsas ruhanilərinin II Qareginin həbsindən əvvəl həbs oluna biləcəyini və bunun “kilsə idarəçiliyini iflic vəziyyətinə salacağını” istisna etməyib. “Hraparak”ın məlumatına görə, II Qareginin həbsi onun titulunun əlindən alınması ilə nəticələnmir və hətta həbsxanada belə bütün ermənilərin katolikosu olaraq qalacaq. Hakimiyyət ümid edir ki, bu, onu taxtdan əl çəkməyə məcbur edəcək.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanda din xadimlərinin həbsinin ikinci dalğası həyata keçirilib. Araqatsotn yeparxiyasından olan din xadimlərinin həbsi ruhanilərin 2021-ci ildə müxalifətin mitinqlərində iştirak etməyə məcbur olduğunu iddia edən keşiş Asatryanın paylaşımlarından sonra baş verib. Oktyabrın 16-da məhkəmə Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanı və yeparxiya dəftərxanasınn rəhbəri, ierey Qaregin Arsenyanı həbs edib. Ermənistanın İstintaq Komitəsi yeparxiyanın üç nümayəndəsinə qarşı cinayət işinin başlandığını açıqlayıb. İş keşiş Asatryanın və “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin rəhbəri Daniel İoannisyanın ifadələri əsasında açılıb. Komitə mitinqlərdə məcburi iştirakla bağlı cinayət işi çərçivəsində tədbirlərin görüldüyünü təsdiqləyib. Həmin gün məhkəmə Araqatsotn yeparxiyasının mühasibi Naira Alaverdyanı ev həbsinə məhkum edib.

Oktyabrın 17-də internetdə din xadimlərinin Paşinyana qarşı etiraz aksiyalarında iştirakının müzakirə edildiyi audioyazı yayılıb. Konkret olaraq, keçmiş din xadimi Ağan Yerncakyan və arxiyepiskop Natan Ovannisyana aid edilən səs yazısında iddia olunur ki, Erməni Apostol Kilsəsinin rəhbərliyi Paşinyanı “günahın simvolu” adlandıraraq etiraz aksiyalarında iştiraka çağırıb.

“Joxovurd” qəzeti isə yazır ki, N.Paşinyan hüquq-mühafizə orqanlarına müxalif siyasətçiləri, hüquqşünasları və hüquq müdafiəçilərini, xüsusən də keçmiş prezident Robert Koçaryanın və biznesmen Samvel Karapetyanın tərəfdarlarını yaxından izləməyi tapşırıb. Qeyd edilib ki, oktyabrın 27-də bütün ermənilərin katolikosu II Qareginin taxta çıxmasının 26-cı ildönümündə taxtdan salınması planlaşdırırlar. Digər erməni KİV-ləri xəbər verir ki, artıq II Qareginə qarşı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə (xidməti və vəzifə səlahiyyətindən istifadə edərək kütləvi aksiyada iştirakdan imtina etməyə və ya iştiraka məcbur etmə) cinayət işi açılıb.

Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistanda müxtəlif din xadimlərinin həbsi birbaşa gələn il keçiriləcək seçkilərlə bağlıdır. Onun sözlərinə görə, katolikosun erməni kilsəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması çağırışı və oliqarx Samvel Karapetyanın həbsi Ermənistanın ictimai-siyasi həyatında yeni bir prosesin təməlini qoyub: “Biz görürük ki, II Qareginə qarşı bütün dəlil-sübutları toplamaq üçün kilsə iyerarxiyasının aşağı pillələrində olan din xadimləri orada kilsədən kənarlaşdırılır və hazırkı rəhbər vəzifədən azad edilirlər. Məqsəd katolikosu kütlələr üzərində təsir alətlərindən məhrum etməkdir. Bu prosesdə “beşinci kolon” və müxtəlif geosiyasi mərkəzlər də iştirak edirlər”.

Onun sözlərinə görə, Paşinyan bir tərəfdən kilsə rəhbərliyi ilə mübarizə aparır, digər tərəfdən isə çətin dövrdə yenidən seçilmək üçün təhlükəsiz yolu təmin etməyə çalışır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması, rabitə və nəqliyyat arteriyalarının açılması, konstitusiyaya düzəlişlər və təbii ki, yeni müddətə yenidən seçilmək – bunların hamısı bir-biri ilə əlaqəli proseslərdir və Paşinyana uğur cəd edir. Buna görə də bu prosesə hüquq-mühafizə orqanları, siyasi institutlar, media və vətəndaş cəmiyyəti cəlb olunur. Bütün bunlar Paşinyanın inzibati resurslarını formalaşdırır. Bütün bunların necə yekunlaşacağını isə zaman göstərəcək”.

İ.Hüseynov qeyd etdi ki, parlament seçkiləri yaxınlaşdıqca, Hayastanda gərginliyin daha da artacağı şübhəsizdir. “Bu seçkilər, məncə, Ermənistanın və erməni xalqının gələcəyi üçün həlledici olacaq”, – deyə politoloq vurğuladı.

S.NAZİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see536

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see271

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see248

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see240

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see232

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see229

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see229

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see220

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see214

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see213

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see210

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see209

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see206

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see206

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see205

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see195

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see188

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see186

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see183

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri