Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarın piylərinin əridilməsi normal görünmək istəyən hər kəsin arzusudur və şişman qarın bir sıra xəstəliklərin mənbəyidir.
Bu barədə Azertag.az-ın müxbiri ilə söhbət edən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Piy hüceyrələrinin bölünməsi iki formada olur: ya hüceyrələr iki, sonra dörd yerə bölünməklə artıb çoxalır, ya da hüceyrələr şişərək böyüyürlər.
Ayaqda və qolda olan piy hüceyrələri iki yerə bölünərək artan hüceyrələrdir.
Həmin hüceyrələr dayaq-hərəkət sisteminin fəaliyyətində iştirak edir və əzələlərə yardım göstərir, qarın piyləri isə şişərək böyüyür.
Onlar çox təhlükəlidir və artıq yük kimi əziyyət verir, çünki həmin piylər qarındakı bütün orqanları sıxır və onun normal işləməsinə mane olur".
Bəs niyə qarın qabağa çıxır və onun böyüməməsi üçün nə etmək lazımdır?
Həkim-fitoterapevt həmin sualın cavabında deyib: "Qarın piyləri qarın əzələləri tonusdan düşəndə irəli çıxmağa başlayır.