Icma.az
close
up
RU
Qarın piylərini necə əritmək olar? MƏSLƏHƏTLƏR

Qarın piylərini necə əritmək olar? MƏSLƏHƏTLƏR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarın piylərinin əridilməsi normal görünmək istəyən hər kəsin arzusudur və şişman qarın bir sıra xəstəliklərin mənbəyidir.

Bu barədə Azertag.az-ın müxbiri ilə söhbət edən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Piy hüceyrələrinin bölünməsi iki formada olur: ya hüceyrələr iki, sonra dörd yerə bölünməklə artıb çoxalır, ya da hüceyrələr şişərək böyüyürlər. Ayaqda və qolda olan piy hüceyrələri iki yerə bölünərək artan hüceyrələrdir. Həmin hüceyrələr dayaq-hərəkət sisteminin fəaliyyətində iştirak edir və əzələlərə yardım göstərir, qarın piyləri isə şişərək böyüyür. Onlar çox təhlükəlidir və artıq yük kimi əziyyət verir, çünki həmin piylər qarındakı bütün orqanları sıxır və onun normal işləməsinə mane olur".

Bəs niyə qarın qabağa çıxır və onun böyüməməsi üçün nə etmək lazımdır? Həkim-fitoterapevt həmin sualın cavabında deyib: "Qarın piyləri qarın əzələləri tonusdan düşəndə irəli çıxmağa başlayır. Onun qarşısını almaq üçün ilk növbədə hər gün press hərəkəti etmək lazımdır. Bunu etmək üçün əvvəlcə arxası üstə uzanaraq divara və ya çarpayıya bağlanmış ipin köməyi ilə qarın press hərəkəti edilir. Mütəmadi hərəkət edəndə ipə ehtiyac qalmır, hərəkətlər gündə 3 dəfə və hər birində 20 dəfə olmaqla yerinə yetirilir. Qarın hüceyrələri şişib böyüyəndə kip korsetdən istifadə etmək olar".

Bəs bu sahədə hansı xalq təbabəti reseptlərindən istifadə etmək olar? Xalq təbabəti bilicisi bunun üçün bir neçə resept məsləhət görüb: "100 qram acı bibər qəhvəüyüdəndə toz halına salınır, yarım litr zeytun yağı ilə qarışdırılıb qarına çəkilir və üstündən korsetlə bağlanır. Dərini yandırmaması üçün əvvəlcə az yağ çəkilir və korset səhərdən axşama qədər çıxarılmır, yatmazdan əvvəl çıxarılır və dəri yuyulur. Hərəkət edilərkən fəal həyat tərzi yaşamaq və gündə 5 kilometrdən artıq gəzmək lazımdır. Prosedur zamanı həftədə bir dəfə qarın diametri ölçülür.

Bağırsaq mənşəli köpmə də ola bilər. Bağırsaqların hərəki fəallığı azalanda sürətli addımlarla gəzmək lazımdır. Gündə 5 kilometr hərəkət bağırsaqları işləməyə məcbur edir və tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.

Başqa bir reseptdən istifadə etmək olar. Hərəsindən 100 qram cirə, razyana, qaraqınıq, pişikotu və kəcəvər bitkiləri qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, hər dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Bəzi hallarda ağır yük götürəndə mədə-bağırsaq müsariqəsi sallana bilər. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya doğru adi günəbaxan yağı ilə masaj edilir və möhkəm bağlanır. Prosedur hər həftə gündə bir dəfə yerinə yetirilir".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri