Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? EKSPERT AÇIQLADI | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarlı və buzlu hava şəraiti sürücülük təcrübəsində ən çox səhvlərin üzə çıxdığı məqamlardan biridir.
Maraqlıdır ki, bu cür havalarda baş verən qəzaların əhəmiyyətli hissəsi texniki nasazlıqdan yox, sürücülərin doğru bildiyi, amma əslində yanlış olan davranışlardan qaynaqlanır.
Bir çox sürücü illərin vərdişinə, şəxsi təcrübəsinə və ya başqalarından eşitdiyi məsləhətlərə güvənərək hərəkət edir, lakin qarlı yolda bu yanaşmalar ciddi risklər yarada bilir.
Avtosfer.az xəbər verir ki, bu səbəbdən qarlı havada sürücülərin hərəkət zamanı doğru bildiyi yanlışları açıq şəkildə izah etmək, onların nə üçün riskli olduğunu göstərmək və düzgün davranış formalarını önə çəkmək xüsusi əhəmiyyət daşıyır.
Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, sürücülərin çoxu bəzi vacib məqamları unudur və yanlışlara yol verirlər: “Bu qarlı, şaxtalı havalarla bağlı sürücülərin əməl etməli olduğu bir çox vacib məqamlar var.
Bunların da ən birincisi təcrübədir. İkincisi avtomobilin texniki sazlığıdır.
Sürücünün bu avtomobilə bələd olması, təkərlərin vəziyyəti, qış təkərlərinin olması və digər vacib elementlər burada öz əksini tapır ki, bizim sürücülərimizin çoxu bunu unudur.
Tam oxu
Xəbəri oxu