Icma.az
close
up
RU
Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? EKSPERT AÇIQLADI

Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? EKSPERT AÇIQLADI

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarlı və buzlu hava şəraiti sürücülük təcrübəsində ən çox səhvlərin üzə çıxdığı məqamlardan biridir. Maraqlıdır ki, bu cür havalarda baş verən qəzaların əhəmiyyətli hissəsi texniki nasazlıqdan yox, sürücülərin doğru bildiyi, amma əslində yanlış olan davranışlardan qaynaqlanır. Bir çox sürücü illərin vərdişinə, şəxsi təcrübəsinə və ya başqalarından eşitdiyi məsləhətlərə güvənərək hərəkət edir, lakin qarlı yolda bu yanaşmalar ciddi risklər yarada bilir.

Avtosfer.az xəbər verir ki, bu səbəbdən qarlı havada sürücülərin hərəkət zamanı doğru bildiyi yanlışları açıq şəkildə izah etmək, onların nə üçün riskli olduğunu göstərmək və düzgün davranış formalarını önə çəkmək xüsusi əhəmiyyət daşıyır.

Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, sürücülərin çoxu bəzi vacib məqamları unudur və yanlışlara yol verirlər:
“Bu qarlı, şaxtalı havalarla bağlı sürücülərin əməl etməli olduğu bir çox vacib məqamlar var. Bunların da ən birincisi təcrübədir. İkincisi avtomobilin texniki sazlığıdır. Sürücünün bu avtomobilə bələd olması, təkərlərin vəziyyəti, qış təkərlərinin olması və digər vacib elementlər burada öz əksini tapır ki, bizim sürücülərimizin çoxu bunu unudur. Xüsusən də paytaxt ərazisində Bakıda. Çünki Bakıya qar tək-tük hallarda yağır. Hətta bir neçə il ardıcıl Bakıya qar yağmayıb. Nəticə etibarilə sürücülərin bu havalarda sürmə təcrübəsi aşağıdır. Ona görə müəyyən konflikt, çətinlik yaranır, problem ortaya çıxır. Bir balaca qar görən kimi təslim olurlar. Bu hallarda sürücü ilk növbədə yola və eyni zamanda sürdüyü avtomobilə bələd olmalıdır. Bunlar baş vermədikdə o, nabələd sürücü sayılır, yəni naşı, təcrübəsi aşağı olan sürücü. Təbii ki, bu sürücülərin əksəriyyəti qəza riski yaradan sürücülər sayılır. Beləliklə, baş verən qəzaların səbəblərini də görürük ki, sürücülər qeyri-peşəkardırlar, avtomobilə texniki qulluq göstərmirlər. Təbii ki, vəziyyət yaxşı deyil, təkərlər bəlkə də heç yay üçün də yararlı deyil, amma hələ də avtomobilin üzərindədir. Belə olan halda, ağır qəzalar, xoşagəlməz hallar baş verir”.

Ekspertin sözlərinə görə, bəzən sürücülər bu qarlı-buzlu havalarda səhərlərini düzgün planlaşdırmırlar:
“Bəzi sürücülər elə bilir ki, səhər tezdən durub yola çıxdım, tez çatacağam filan yerə, orada filan işimi həll edəcəm, oradan tez keçəm bu tərəfə, oradan qaçacam o tərəfə. Adam illərdir bu həyatda yaşayır, amma bir növ boşuna yaşayıb. Hava məlumatlarını izləmir, yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edilir, buna diqqət yetirmir. Şou-biznes xəbərləri ilə maraqlanır, kim kimi söydü, kim kimə sataşdı, oğru aləmi belə gəldi, belə boş-boş şeylərlə. Yəni boş, mənasız xəbərləri izləyir, amma yol polisinin, digər qurumların yaydığı o xəbərdarlıq müraciətlərini bir dəfə açıb oxumur ki, sabah filan yolda şaxta olacaq, buz bağlayacaq, ona görə səhər saatlarında yola çıxmaq risk yaradır. Belə hallarda ağıllı sürücülər adətən gözləyirlər. Günəş çıxır və yaxud da hava buludlu olursa, günortaya yaxınlaşır, ən azı saat 11-i keçir və artıq temperaturda müəyyən dəyişiklik baş verir deyə, həmin sürücülər rahat şəkildə yola çıxır ki, həmin saatda yolda buz olmur, hərəkətlilik olur, nəticə etibarilə onun normal hərəkət etməsinə imkan yaranıb. Bu cür davranmaq lazımdır, sürücülər buna diqqət etməlidirlər. Yoxsa kütləvi şəkildə maşını işə saldım, sürdüm, ora getdim, bura getdim, bu, həyat tərzi deyil, bu, yaşayış deyil, bu, kor-koranə hərəkətdir. Elə vacib məqamlar var ki, sürücülər bunları unudurlar, öz bildiklərini doğru sayırlar, amma bu onların doğru bildiyi yanlış imiş”.
Nurcan Babək

Oxunub 178

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri