Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarlı-şaxtalı havada təhlükələrlə qarşılaşmamaq üçün bir sıra təhlükəsizlik qaydalarına riayət etmək vacib hesab olunur.
Soyuq hava şəraitində isidici cihazlara tələbat artıdığına görə, bu cihazların və avadanlıqların istifadəsi zamanı mənzillərdə hər hansı bir qazsızma ehtimalını nəzərə alaraq, cihazlar və avadanlıqlar daima nəzarət altında saxlanılmalıdır.
Dəm qazı sızması hallarından məlumatlı olmaq üçün isə mənzillərdə qaz detektorlarının quraşdırılması vacib hesab olunur.
Qazla istifadə olunan isidici cihazların istismarı zamanı tüstü bacalarının ildə iki dəfədən az olmayaraq təmizlənməsi tələb olunur.
Qarın yağması tüstü bacalarında hər hansı bir keçməzlik yaratma ehtimalı var. O səbəbdən də tüstü bacalarına nəzarət daha da artırılmalıdır.
Elektriklə istifadə olunan isidicilərin istismarı zamanı nasaz və kustar üsulla düzəldilmiş elektrik naqillərinin istifadəsi və həddindən artıq elektrik yüklənməsinə yol verilməməlidir”.
Bu sözləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında deyib.