Icma.az
close
up
RU
Qarlı şaxtalı hava şəraitində hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? EKSPERT FİKRİ

Qarlı şaxtalı hava şəraitində hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? EKSPERT FİKRİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarlı-şaxtalı havada təhlükələrlə qarşılaşmamaq üçün bir sıra təhlükəsizlik qaydalarına riayət etmək vacib hesab olunur. Soyuq hava şəraitində isidici cihazlara tələbat artıdığına görə, bu cihazların və avadanlıqların istifadəsi zamanı mənzillərdə hər hansı bir qazsızma ehtimalını nəzərə alaraq, cihazlar və avadanlıqlar daima nəzarət altında saxlanılmalıdır. Dəm qazı sızması hallarından məlumatlı olmaq üçün isə mənzillərdə qaz detektorlarının quraşdırılması vacib hesab olunur. Qazla istifadə olunan isidici cihazların istismarı zamanı tüstü bacalarının ildə iki dəfədən az olmayaraq təmizlənməsi tələb olunur. Qarın yağması tüstü bacalarında hər hansı bir keçməzlik yaratma ehtimalı var. O səbəbdən də tüstü bacalarına nəzarət daha da artırılmalıdır. Elektriklə istifadə olunan isidicilərin istismarı zamanı nasaz və kustar üsulla düzəldilmiş elektrik naqillərinin istifadəsi və həddindən artıq elektrik yüklənməsinə yol verilməməlidir”. Bu sözləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qarlı-şaxtalı hava şəraitində təhlükəsizlik qaydaları mənzildən həyətə doğru çıxaraq başlamalıdır: “Beləki mövsümə və hava şəraitinə uyğun ayaq geyimlərindən istifadə olunmalı, ayaq geyimlərindən seçilərkən sürüşməmə ehtimalı daha yüksək olan ayaq geyimləri seçilməli, sukeçirməyən və isti saxlayan geyimlərə üstünlük verilməlidir. Statistika və təhlillərə görə, buz üzərində sürüşmə və travma hallarının böyük əksəriyyəti uyğun olmayan ayaq geyiminin seçilməsi və dikdaban ayaqqabıların geyinilməsi səbəbindən baş verir. Bu səbəbdən də qarlı-şaxtalı hava şəraitində dikdaban ayaqqabıların geyinilməməsi tövsiyə olunur. Qarlı-şaxtalı hava şəraitində buz üzərində hərəkət edərkən kiçik addımlarla, yavaş-yavaş gəzilməlidir. Ani hərəkətlərə və sürətli gedişə yol verilməməlidir. Əllər buz üzərində gəzərkən cibdə olmamalı, yıxılma ehtimalı baş verərsə, əllər ilə qarşısının alınması mümkün olmalıdır. Bu şəraitdə nəqliyyat vasitələrini idarə etmək üçün təcrübə olmalıdır”.

Həmçinin ekspert bildirib ki, qeyd olunan hava şəraitində təcrübəsiz sürücülərin nəqliyyat vasitələrini idarə etməsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini idarə edərkən təkərlərin buz və qarlı hava şəraitində uyğunluğu nəzərdən keçirilməlidir. Şaxtalı-qarlı hava şəraitində ictimai nəqliyyata üstünlüyün verilməsi daha təhlükəsiz hesab olunur. Qarın yarada biləcəyi ən böyük fəsadlardan biri, binaların fasad hissəsində yığılan qarın ərimə prosesində iti və kəsici buz qatının yaranmasıdır ki, qarın əriməsi zamanı buz qatı fasad hissədən yerə düşür. Ona görə də binaların kənarlarında olan keçidlərdən istifadəyə yol verilməməlidir. Çünki binaların üzərində yığılmış buz qatı insanların üzərinə düşərsə, insanın həyatını itirməsinə qədər ciddi faciələrə səbəb ola bilər. Avropa da bu məsələ ilə bağlı mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Belə ki, qarın əriməsi prosesi zamanı artıq müəyyən təşkilatlar tərəfindən binanın üst hissəsində yığılan buz qatı təmizlənir. Çünki bu buz qatının insanın üzərinə düşməsi ən ağır xəsarət hallarına gətirib çıxara bilən amil hesab olunur. Uşaqların da binaların keçid-kənar hissələrinə yaxın oynaması tövsiyə olunmur. Qarlı hava şəraitində keçidlərdən istifadə edərək, sürücülərin görmə qabiliyyətinin zəifləməsini nəzərə alaraq işıqqaytaran geyimlərdən və yaxud geyimlərin üzərinə xüsusi işıqqaytaranların vurulması qəza və bədbəxt hadisələrin qarşısını alınmasına istiqamətində mühüm addımlardan biri hesab olunur. Belə ki, sürücü işıqqaytaranı dərhal görür və nəqliyyat vasitəsini dayandırır. Qarın yağması və işıqlandırmanın zəif olması və ya ümumiyyətlə olmaması qarşıdan keçən piyadaların görülməməsinə gətirib çıxara bilər.

Ümumilikdə qeyd olunan qarlı-şaxtalı hava şəraitində mənzillərdə qaz sızması, partlayış halları, dəm qazından zəhərlənmə, həyətlərdə, keçidlərdə insanların yıxılaraq xəsarət alması halları qeydə alınır. Ona görə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, qaydaların tələblərinə riayət olunmalıdır ki, baş verən bədbəxt hadisələrlə üzləşməyək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri