Qartal olmağa çalışın!

30.10.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


(Həyat dərsi)
Bir vaxtlar böyük bir dağda bir qartal yuvası var idi. Bir gün bu dağda zəlzələ baş verdi və yuvadakı bir yumurta yuvarlana-yuvarlana dağın ətəyindəki həyətə düşdü. Həyətdə çoxlu toyuqlar var idi. Yaşlı bir toyuq qartal yumurtasını o biri yumurtaların yanına qoydu. Və bir gün bu yumurtadan balaca bir qartal balası çıxdı. Ancaq günlər keçdikcə o da özünü toyuq kimi hiss etməyə başladı. Bəzən o, öz-özündən: “Mən kiməm?” - deyə soruşur, ancaq yenə də bir qərara gələ bilmirdi.
Bir gün həyətdə gəzəndə gözü göydəki qartallara sataşdı. Göydə bir dəstə qartal süzürdü. Qartal onlara baxdı, baxdı və:
- Aman Allah, nə gözəl uçurlar. Kaş ki, mən də onlar kimi uça biləydim? - dedi.
Bunu eşidən toyuqlar güldülər və bir az da istehza ilə:
- Sən toyuqsan, toyuqlar isə uça bilmirlər, - dedilər.
Balaca qartal artıq tez-tez göyə baxır, o da göydəki qartallar kimi uçmaq istəyirdi. Nə vaxt ürəyini toyuqlara açsa, cavabları yenə eyni olurdu: “Sən toyuqsan, toyuqlar isə uça bilmirlər”.
Vaxt keçdikcə qartal özü də bu yalana inanmağa başladı və artıq bir gün xəyal qurmaqdan da əl çəkdi. Beləcə, ömrünü toyuq kimi yaşayıb, toyuq kimi də başa vurdu...
P. S. Əgər nə vaxtsa, ürəyinizdən qartal olmaq keçsə, çəkinməyin, qartal olmağa çalışın. Ürəyinizin səsinə qulaq asın, toyuqların yox...
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью