Qartal olmağa çalışın!
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
(Həyat dərsi)
Bir vaxtlar böyük bir dağda bir qartal yuvası var idi. Bir gün bu dağda zəlzələ baş verdi və yuvadakı bir yumurta yuvarlana-yuvarlana dağın ətəyindəki həyətə düşdü. Həyətdə çoxlu toyuqlar var idi. Yaşlı bir toyuq qartal yumurtasını o biri yumurtaların yanına qoydu. Və bir gün bu yumurtadan balaca bir qartal balası çıxdı. Ancaq günlər keçdikcə o da özünü toyuq kimi hiss etməyə başladı. Bəzən o, öz-özündən: “Mən kiməm?” - deyə soruşur, ancaq yenə də bir qərara gələ bilmirdi.
Bir gün həyətdə gəzəndə gözü göydəki qartallara sataşdı. Göydə bir dəstə qartal süzürdü. Qartal onlara baxdı, baxdı və:
- Aman Allah, nə gözəl uçurlar. Kaş ki, mən də onlar kimi uça biləydim? - dedi.
Bunu eşidən toyuqlar güldülər və bir az da istehza ilə:
- Sən toyuqsan, toyuqlar isə uça bilmirlər, - dedilər.
Balaca qartal artıq tez-tez göyə baxır, o da göydəki qartallar kimi uçmaq istəyirdi. Nə vaxt ürəyini toyuqlara açsa, cavabları yenə eyni olurdu: “Sən toyuqsan, toyuqlar isə uça bilmirlər”.
Vaxt keçdikcə qartal özü də bu yalana inanmağa başladı və artıq bir gün xəyal qurmaqdan da əl çəkdi. Beləcə, ömrünü toyuq kimi yaşayıb, toyuq kimi də başa vurdu...
P. S. Əgər nə vaxtsa, ürəyinizdən qartal olmaq keçsə, çəkinməyin, qartal olmağa çalışın. Ürəyinizin səsinə qulaq asın, toyuqların yox...
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Dəbin köləsi deyil, Allahın köləsi olmağa çalışın...
14 Aprel 2026 18:45
GÜNÜN QOROSKOPU: Sevgi münasibətində səbirli olmağa çalışın...
07 Avqust 2026 00:32
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
18 Sentyabr 2026 00:14
Sabah evdən çölə çıxmamağa çalışın
31 May 2025 16:04
Çalışın 2030 a qədər ölməyin!
24 Avqust 2026 15:33
Baxış sayı:107
Bu xəbər 30 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















