Qasırğa səbəbindən 60 mindən çox ev işıqsız qaldı, 190 dan çox uçuş təxirə salındı

17.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Havay ştatında 1-ci kateqoriyaya qədər güclənən Lala qasırğası həyatı iflic edib.

525.az CNN-ə istinadən xəbər verir ki, fırtına ilə əlaqəli yol qəzasında bir nəfər ölüb, 60 mindən çox ev işıqsız qalıb, eləcə də 190-dan çox uçuş təxirə salınıb.

Bu barədə Havay qubernatoru Coş Qrin bildirib.

ABŞ Milli Qasırğa Mərkəzi dünən 1-ci kateqoriyaya qədər güclənən küləyin sürətinin saatda təxminən 129 kilometrə çatdığını və bunun daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Havay Şəhər Bələdiyyə Başçısı Kimo Alameda isə sakinləri təhlükəsiz yerlərə sığınmağa çağırıb. O, bəzi ərazilərdə evakuasiya mərkəzləri açıldığını da əlavə edib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью