Qasırğa səbəbindən 60 mindən çox ev işıqsız qaldı, 190 dan çox uçuş təxirə salındı
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-nin Havay ştatında 1-ci kateqoriyaya qədər güclənən Lala qasırğası həyatı iflic edib.
525.az CNN-ə istinadən xəbər verir ki, fırtına ilə əlaqəli yol qəzasında bir nəfər ölüb, 60 mindən çox ev işıqsız qalıb, eləcə də 190-dan çox uçuş təxirə salınıb.
Bu barədə Havay qubernatoru Coş Qrin bildirib.
ABŞ Milli Qasırğa Mərkəzi dünən 1-ci kateqoriyaya qədər güclənən küləyin sürətinin saatda təxminən 129 kilometrə çatdığını və bunun daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Havay Şəhər Bələdiyyə Başçısı Kimo Alameda isə sakinləri təhlükəsiz yerlərə sığınmağa çağırıb. O, bəzi ərazilərdə evakuasiya mərkəzləri açıldığını da əlavə edib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Yaponiyada qasırğa səbəbindən 47 mindən çox ev işıqsız qalıb
04 İyun 2026 01:10
ABŞ da qasırğa: 30 mindən çox ev işıqsız qaldı
28 İyul 2026 14:50
Avstraliyada qasırğa 22 mindən çox insan işıqsız qaldı
11 Yanvar 2026 17:44
Texasda 160 mindən çox insan qasırğa səbəbindən işıqsız qalıb
27 May 2025 22:50
Litvada qasırğa səbəbindən 250 mindən çox abonent işıqsız qalıb
22 Avqust 2026 23:17
Baxış sayı:126
Bu xəbər 17 Avqust 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















