“Qatil edam olunanda gözlərinin içinə baxmaq istəyirəm” Orxanın atası | Icma.az
Yeniavaz saytına istinadən Icma.az xəbər verir. “İki ildir bu hökmün verilməsini gözləyirdik.
Nəhayət bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub.
Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə, övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır.
Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı səfiriliyinə hücum zamanı qətlə yetirilən Orxan Əsgərovn atası Rizvan Əsgərov deyib.
O,oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib: “Oğlumun qatilinin edamında iştirak edəcəm.
Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur.
Qoy, o, hər bir əməlin bir bədəli olduğunu və bunu ödəməli olduğunu anlasın”.
Tam oxu
Xəbəri oxu