Icma.az
close
up
RU
“Qatil edam olunanda gözlərinin içinə baxmaq istəyirəm” Orxanın atası

“Qatil edam olunanda gözlərinin içinə baxmaq istəyirəm” Orxanın atası

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə,  övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı səfiriliyinə hücum zamanı qətlə yetirilən Orxan Əsgərovn atası Rizvan Əsgərov deyib.
O,oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib:
“Oğlumun qatilinin edamında iştirak edəcəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir bədəli olduğunu və bunu ödəməli olduğunu anlasın”.
Orxanın atası qatilin əfvi ilə bağlı hər hansı müraciət ediləcəyi təqdirdə, nə qərar verəcəyindən də danışıb:
“Mən bir kənara dururam. Hansı valideyn onu əfv edər? Ən aşağı səviyyəli insan belə övladının qatilini əfv etməz. Özü də bu dövlətə qarşı terror törədib, səfirliyə girib, insanların hamısını qırmaq fikrinə düşüb. Onu əfv etmək olar? Onun bir cəzası var, o da edamdır!”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri