Icma.az, Azertag portalına istinadən məlumat verir. Bu il respublika üzrə kümçülərə 6 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq payla
Beləliklə, bu il respublika üzrə kümçülərə 6 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur.
Direktorun sözlərinə görə, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək.
Kümçülərə paylanılması nəzərdə tutulan ipəkqurdu toxumunun 4710 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 800 qutusu Zərdab və 450 qutusu Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində inkubasiyaya qoyulacaq.
Naxçıvana isə 40 qutu ipəkqurdu toxumu göndəriləcək.Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumunun 2 mərhələdə, aprelin 30-u - mayın 1-də Aran bölgəsi rayonlarının kümçülərinə, mayın 5-6-da isə dağlıq və dağətəyi ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur.
Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumu 36 rayonun kümçülərinə paylanılacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.