Icma.az
close
up
RU
Qax Damazlıq İpəkçilik Stansiyasında 4710 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

Qax Damazlıq İpəkçilik Stansiyasında 4710 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bu il respublika üzrə kümçülərə 6 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur

Qax, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən 5 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 21-də axşam Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri Damazlıq İpəkçilik Stansiyasında olub, inkubasiya olunacaq ipəkqurdu toxumunun məntəqələr üzrə paylanılması bölgüsü ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, bundan əlavə, 2024-cü ildə Qax Damazlıq İpəkçilik Stansiyasında builki mövsümdə kümçülərə paylanılmaq üçün yerli istehsal hesabına 1000 qutu elit və sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Beləliklə, bu il respublika üzrə kümçülərə 6 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur.

Direktorun sözlərinə görə, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan ipəkqurdu toxumunun 4710 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 800 qutusu Zərdab və 450 qutusu Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində inkubasiyaya qoyulacaq. Naxçıvana isə 40 qutu ipəkqurdu toxumu göndəriləcək.

Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumunun 2 mərhələdə, aprelin 30-u - mayın 1-də Aran bölgəsi rayonlarının kümçülərinə, mayın 5-6-da isə dağlıq və dağətəyi ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur. Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumu 36 rayonun kümçülərinə paylanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri