Qayda pozan sürücünün avtomobili yandı; polis belə xilas etdi VİDEO

20.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Polis yanan avtomobildəki sürücünü xilas edib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Texas ştatının Sautleyk şəhərində baş verən hadisə təhlükəsizlik kamerasına düşüb. Məlumata görə, ərazidə xidmət aparan yol polisi əməkdaşları sürət həddini aşan "Nissan" markalı avtomobilin sürücüsünə "saxla" əmri veriblər. Avtomobil dayanan an onun alt hissəsindən alovlar yüksəlməyə və sürətlə yayılmağa başlayıb. Polis əməkdaşı dərhal yanan nəqliyyat vasitəsinə doğru qaçıb. O, qapını açmağa çalışsa da, avtomobilin xarici qapı dəstəyi qırılaraq əlində qalıb. Salon sürətlə tüstü ilə dolduğu üçün sürücü içəridə sıxışıb və qapını daxildən açmağa çalışıb. Nəhayət, polis əməkdaşı sürücünü qollarından çəkərək yanan maşından çıxarmağı bacarıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью