Qayda pozan sürücünün avtomobili yandı; polis belə xilas etdi VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Polis yanan avtomobildəki sürücünü xilas edib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Texas ştatının Sautleyk şəhərində baş verən hadisə təhlükəsizlik kamerasına düşüb. Məlumata görə, ərazidə xidmət aparan yol polisi əməkdaşları sürət həddini aşan "Nissan" markalı avtomobilin sürücüsünə "saxla" əmri veriblər. Avtomobil dayanan an onun alt hissəsindən alovlar yüksəlməyə və sürətlə yayılmağa başlayıb. Polis əməkdaşı dərhal yanan nəqliyyat vasitəsinə doğru qaçıb. O, qapını açmağa çalışsa da, avtomobilin xarici qapı dəstəyi qırılaraq əlində qalıb. Salon sürətlə tüstü ilə dolduğu üçün sürücü içəridə sıxışıb və qapını daxildən açmağa çalışıb. Nəhayət, polis əməkdaşı sürücünü qollarından çəkərək yanan maşından çıxarmağı bacarıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:234
Bu xəbər 20 İyul 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















