Qayınata hamilə gəlinini döydü, uşaq tələf oldu TƏFƏRRÜAT | Icma.az
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yevlax rayonunda 1964-cü il təvəllüdlü Zahid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı gəlini Nəcibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 2-də Yevlax rayonunun kəndlərindən birində baş verib.
Zahid kənddə yerləşən yaşadığı iki mərətbəli fərdi yaşayış evində onunla birlikdə yaşayan gəlini Nəcibə ilə aralarında mübahisə yaranıb.
Mübahisəyə səbəb Zahidin gəlinin internet ötürücü modemi elektrik cərəyanından ayırmasına görə olub.
Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən gəlinin vurub.
Qayınata gəlininə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Tam oxu
Xəbəri oxu