Icma.az
close
up
RU
Qayınata hamilə gəlinini döydü, uşaq tələf oldu TƏFƏRRÜAT

Qayınata hamilə gəlinini döydü, uşaq tələf oldu TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yevlax rayonunda 1964-cü il təvəllüdlü Zahid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı gəlini Nəcibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 2-də Yevlax rayonunun kəndlərindən  birində baş verib. Zahid kənddə yerləşən yaşadığı iki mərətbəli fərdi yaşayış evində onunla birlikdə yaşayan gəlini Nəcibə ilə aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb Zahidin gəlinin internet ötürücü modemi elektrik cərəyanından ayırmasına görə olub. Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən gəlinin vurub. Qayınata gəlininə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yevlax rayonun kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Kəndə öz evimdə həyat yoldaşım Sevil, oğlum Saleh və gəlinim Nəcibə ilə birgə yaşayıram. Mən evdə otağın işığını düzəldərkən gəlinim işığı yandırdı. Mən modem aparatını qoşmaq istəyərkən mane oldu. Gəlinimə dedim ki, otağın işığını düzəldirəm, işığı yandırma. Ancaq gəlinim əməlindən geri dönmədi və əlinə keçən oyuncağı mənə tərəfə atdı, məni təhqir etdi. Həyat yoldaşım Sevil səs-küyü eşidərək nəyə görə mübahisə elədiyimizi gəlinim Nəcibədən soruşdu. Bu zaman Nəcibə bizə əsəbləşərək təhqir etdi. Mən də buna dözməyərək, evi tərk etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir qədər sonra oğlu Saleh ona zəng edib, qudaları – Şahin və Şahnazın evlərində olduğunu bildirib: “Mən də evə gələrək qonaqlara Nəcibənin mənimlə mübahisə etdiyini. Məni təhqir etdiyini bildirdim. Daha sonra qudalarım bizim ayrı yaşamağımızı, oğlumla gəlinimə ev almağımı tələb etdilər. Mən isə evin 2 otağını verə biləcəyimi, Yevlax şəhərindən ev almaq imkanım olmadığını bildirdim. Qudalarım isə mənimlə razı olmadı. Gəlinim Nəcibə ilə mübahisə etdiyimə görə şikayət edəcəyini bildirdilər. Hadisədən sonra mən oğlumla gəlinimi görməmişəm. Əməlimdən peşmanam, zərərçəkmişlə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Mən Yevlax rayonunun kəndində qayınatam Zahid, qayınanam Sevil, həyat yoldaşım Saleh və oğlum Zaurla birlikdə yaşayıram. Qayınatam məni döydükdən sonra öz istəyim ilə evdən çıxdım”. 
Zərərçəkmiş qeyd edib ki, günorta saat 14 radələrində Yevlax rayonunun kəndində qayınatasıgildə yaşayarkən qayınatası Zahid onu evin ikinci mərtəbəsində döyüb: “Ancaq iki aylıq hamilə olduğumu bilmirdim. Halbuki internet aparatını mən keçirtməmişəm, vaxtı bitib. Zahid məni döyərkən evin birinci mərtəbəsində qayınanam v da o arada idi və o səsləri eşidirdi. Qayınatam modem aparatını divara çırpdı, naçilniki mənim olduğum tərəfə vurmaq istəyərkən divara çırpıldı. Mənə iki şillə və bir yumruqla başımdan vurdu. Mən Zahidin əlindən qaçaraq aşağı evin birinci mərtəbəsinə düşdüm və qayınanam da məni görərək təhqir etdi. Qayınatam arxamca aşağı düşərək saçımdan tutaraq məni sürümək istəyərkən betonun üstünə kürəyi üstə yıxıldım. Başım stola dəydi və uşağım tələf oldu. Dərhal ayağa qalxaraq kömək məqsədilə küçəyə çıxdım. Küçədə heç kimi yox idi. Bu zaman qayınatamın maşına minərək evdən getdiyini gördüm. Dərhal evə qayıdaraq ikinci mərtəbəyə qalxdım və uşağı götürərək qonşuya getdim. Yoldaşıma, atama, anama zəng edərək onları qonşugildə gözlədim”.
Zərərçəkmiş bildirib ki, daha sonra həyat yoldaşı Saleh, atası Şahin, anası Şahnaz onu gələrək onu qonşudan götürüblər və qayınatasının evinə aparıblar: “Qayınatamla qayınanam və bizim qohumlarımız ilə birgə bu məsələ barəsində evdə söhbət etdilər. Zahid və Səbinə bizə sahə və mallarını sataraq şəhərdən ev alacağını dedilər. Mən isə buna razı oldum. Lakin uşağımın tələf olmağına görə dəfələrlə özümü narahat hiss etdim. Ancaq qayınatam verdiyi vədləri yerinə yetirmədi. Mən də Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qayınatamdan şikayətçi oldum”. 
Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Zahidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri