Qayıq yük gəmisi ilə toqquşdu; ölən var

02.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlinin Şpandau rayonunda Aşağı Havel kanalında dördnəfərlik qayığın yük gəmisi ilə toqquşması nəticəsində bir nəfər həlak olub.

Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Dişinger körpüsünün yaxınlığında baş verən qəzada qayıq yük gəmisi ilə toqquşduqdan sonra ikiyə bölünərək batıb. Qayıqda olan dörd nəfərdən üçü xilas ola bilib. Ağır xəsarət alan 66 yaşlı qadın helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью