Qayıq yük gəmisi ilə toqquşdu; ölən var
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlinin Şpandau rayonunda Aşağı Havel kanalında dördnəfərlik qayığın yük gəmisi ilə toqquşması nəticəsində bir nəfər həlak olub.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Dişinger körpüsünün yaxınlığında baş verən qəzada qayıq yük gəmisi ilə toqquşduqdan sonra ikiyə bölünərək batıb. Qayıqda olan dörd nəfərdən üçü xilas ola bilib. Ağır xəsarət alan 66 yaşlı qadın helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Hindistanda qayıq ilə bərə toqquşdu 10dan çox ölən var
18 Dekabr 2024 23:58
Avtobus yük maşını ilə toqquşdu: Ölən var
26 Dekabr 2024 13:19
Avtomobil yük maşını ilə toqquşdu: ölən var
22 Noyabr 2024 22:14
Yük maşını avtomobillə toqquşdu, ölən var
09 Aprel 2025 17:52
Neft tankeri ilə yük gəmisi toqquşdu
11 Mart 2025 23:58

