Qaynana gəlin münasibətləri niyə hələ də gündəmdən düşmür ? ARAŞDIRMA | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. Cəmiyyət dəyişir, ailə modeli yenilənir, qadınların sosial rolu genişlənir.
Amma buna baxmayaraq, qaynana–gəlin münasibətləri hələ də həm məişətdə, həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.
Bu münasibətlərin niyə bu qədər davamlı gündəmdə qalması təkcə ailədaxili konfliktlərlə yox, daha dərin sosial, psixoloji və mədəni səbəblərlə bağlıdır.
SİA mövzu ilə bağlı araşdırma edib. Məsələnin kökü haradan gəlir?
Qaynana–gəlin münasibətlərinin problemli təqdim olunması əsasən patriarxal ailə modelindən qaynaqlanır.
Bu modeldə ailənin mərkəzində kişi deyil, çox zaman ailənin yaşlı qadını dayanır, gəlin yeni ailəyə “daxil olan” tərəf kimi qəbul edilir, evin qaydaları artıq formalaşıb və gəlinin bu qaydalara uyğunlaşması gözlənilir.
Bu isə avtomatik olaraq hakimiyyət mübarizəsi, sərhədlərin pozulması və emosional gərginlik yaradır.
Psixoloji amillər Mütəxəssislərin fikrincə, qaynana–gəlin münasibətlərində əsas psixoloji faktorlar bunlardır: -itirmə qorxusu (ana oğlunu “itirir” hissi), -nəzarət ehtiyacı, -emosional sərhədlərin qurulmaması, -gəlinin ailədə öz yerini tapmaq çətinliyi.
Tam oxu
Xəbəri oxu