Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ

24.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müntəzəm olaraq, qaynar, 60 dərəcədən yuxarı istilikdə çay içməyi sevənlərdə qida borusu, qırtlaq xərçəngi olma riski 80% artır.

Redaktor.az xəbər verir ki, Tehran universitetinin alimləri bunu elmi araşdırma ilə sübut ediblər.

Onlar İranın 50 min sakininin tibbi məlumatlarını təhlil ediblər.

Onların yaşı 40-75 arası olub.

10 il ərzində onlardan 456 nəfərində qida borusu karsinoması aşkarlanıb.

Analiz göstərib ki, gündə 60 dərəcədən yuxarı 700 ml çay içən və gündə 700 ml-dən çox çay içənlərdə - təxminən 5 stəkan bu xərçəng daha çox yaranıb.

“Çox insanlar isti çay, qəhvədən ləzzət alır, ilıq olanda içmir. Lakin qaynar içkilər fatal nəticələr velə bilər, çayı soyudub için”- deyə alimlər bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью