Qazanılmış etimad və dəyişən tələblər

28.11.2026

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Son günlər qəbul imtahanları ilə bağlı müzakirələr yenidən fəallaşıb. Bunu faydalı hesab edirəm. Fərqli fikirləri dinləmək, qarşılaşdırmaq daha uğurlu həllər tapmağa kömək edir. Yetər ki, müzakirələrdə irəli sürülən təkliflərin gənclərə və təhsilə nə qazandıracağı aydın olsun.
Dövlət İmtahan Mərkəzini ölkəmizin ən şəffaf qurumlarından biri hesab edirəm. Gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir. DİM bu müddətdə qiymətləndirmə üsullarını da yeniləyib. Həmin işi davam etdirmək və genişləndirmək lazımdır.
Düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə baxılmalıdır. Məktəbdə tədrisin keyfiyyəti ilə imtahanda qiymətləndirmənin keyfiyyətini birlikdə müzakirə etməliyik. Şagirdin məktəbdə yaxşı hazırlıq ala bilməsi ailələrin əlavə xərcinin azalması üçün də vacibdir. Bu müzakirələrdə təhsil verənlər, təhsil alanlar, valideynlər, vətəndaş cəmiyyəti, mütəxəssislər və aidiyyəti qurumlar iştirak etməlidir.
İdarəetmədə dəyişiklik təklif olunursa, onun hansı problemi həll edəcəyi də əsaslandırılmalıdır. Mənim üçün əsas meyar budur: ailəsinin maddi imkanından və tanışlıqdan asılı olmayaraq, hər bir gənc biliyi ilə universitetə daxil ola bilsin. İslahatlar bu imkanı və qəbulun ədalətli olduğuna inamı daha da gücləndirməlidir.
Əliməmməd Nuriyev Konstitusiya Araşdırmaları Fondunun prezidenti
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью