Qazanılmış etimad və dəyişən tələblər
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər qəbul imtahanları ilə bağlı müzakirələr yenidən fəallaşıb. Bunu faydalı hesab edirəm. Fərqli fikirləri dinləmək, qarşılaşdırmaq daha uğurlu həllər tapmağa kömək edir. Yetər ki, müzakirələrdə irəli sürülən təkliflərin gənclərə və təhsilə nə qazandıracağı aydın olsun.
Dövlət İmtahan Mərkəzini ölkəmizin ən şəffaf qurumlarından biri hesab edirəm. Gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir. DİM bu müddətdə qiymətləndirmə üsullarını da yeniləyib. Həmin işi davam etdirmək və genişləndirmək lazımdır.
Düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə baxılmalıdır. Məktəbdə tədrisin keyfiyyəti ilə imtahanda qiymətləndirmənin keyfiyyətini birlikdə müzakirə etməliyik. Şagirdin məktəbdə yaxşı hazırlıq ala bilməsi ailələrin əlavə xərcinin azalması üçün də vacibdir. Bu müzakirələrdə təhsil verənlər, təhsil alanlar, valideynlər, vətəndaş cəmiyyəti, mütəxəssislər və aidiyyəti qurumlar iştirak etməlidir.
İdarəetmədə dəyişiklik təklif olunursa, onun hansı problemi həll edəcəyi də əsaslandırılmalıdır. Mənim üçün əsas meyar budur: ailəsinin maddi imkanından və tanışlıqdan asılı olmayaraq, hər bir gənc biliyi ilə universitetə daxil ola bilsin. İslahatlar bu imkanı və qəbulun ədalətli olduğuna inamı daha da gücləndirməlidir.
Əliməmməd Nuriyev Konstitusiya Araşdırmaları Fondunun prezidenti
Bu mövzuda digər xəbərlər:Qazanılmış immun çatışmazlıqları (immunodefisitlər)
16 Noyabr 2024 00:25
Terrorsuz Türkiyə strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi
13 May 2025 15:36
“Qazanılmış bu tarixi dəyərin əhəmiyyətini qiymətləndirməyi bacarmayanlar...”
03 Fevral 2026 11:32
Zəfərimizin 5 ili: Qazanılmış tarixi qələbənin regional və qlobal əhəmiyyəti
07 Noyabr 2025 17:19
Qazilik əl açmaq deyil, əl uzatmaq üçün qazanılmış addır
09 Oktyabr 2025 17:38
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















