Qazaxda “20 Yanvar Müstəqilliyə gedən yolun başlanğıcıdır ” mövzusunda tədbir keçirildi | …
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
17 yanvar 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35 - ci ildönümünə həsr olunmuş “20 Yanvar – Müstəqilliyə gedən yolun başlanğıcıdır ” mövzusunda tədbir keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başladı.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir.
Rayon İcra Hakimiyyətinin Başçısı 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi - siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən bu gün faciə, soyqırım, qətliam qurbanlarına, müqəddəs şəhidlərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
R.Babaşov rayon sakinlərinin tezliklə işğal altında olan üç kəndimizə də qovuşacağını qeyd edərək, bu yönümdə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ciddi və prinsipial addımlar atıldığını bildirdi.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı bütün şəhidlərə, faciə qurbanlarına rəhmət dilədi.
Tam oxu
Xəbəri oxu