Icma.az
close
up
RU
Qazaxda “20 Yanvar Müstəqilliyə gedən yolun başlanğıcıdır ” mövzusunda tədbir keçirildi

Qazaxda “20 Yanvar Müstəqilliyə gedən yolun başlanğıcıdır ” mövzusunda tədbir keçirildi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 yanvar 2025-ci il tarixdə YAP Qazax rayon  təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35 - ci ildönümünə həsr olunmuş “20 Yanvar – Müstəqilliyə gedən yolun başlanğıcıdır ” mövzusunda tədbir keçirildi.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başladı.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                              

 Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. Rayon İcra Hakimiyyətinin Başçısı 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin  dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi - siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən bu gün faciə, soyqırım, qətliam qurbanlarına, müqəddəs şəhidlərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi. R.Babaşov rayon sakinlərinin tezliklə işğal altında olan üç kəndimizə də qovuşacağını qeyd edərək, bu yönümdə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ciddi və prinsipial addımlar atıldığını bildirdi. Sonda rayon İcra Hakimiyyətinin Başçısı bütün şəhidlərə, faciə qurbanlarına rəhmət dilədi.

Artıq 20 Yanvar faciəsindən 35 il ötdüyünü bildirən YAP Qazax rayon təşkilatının  sədri Anar Nəbiyev çıxış edərək bu faciənin müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda atdığı bir qəhrəmanlıq , milli qürur günü olduğunu vurğuladı. Rayon təşkilatının sədri müdrik xalqımızın başına gətirilən bu faciənin Müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd etdi. A.Nəbiyev bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin zaman – zaman öz istəklərinə, öz hədəflərinə çatdığını bildirdi. Rayon təşkilatının sədri müstəqil, suveren Azərbaycanın güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya və dünya şöhrətli Liderə malik olduğunu xüsusi qeyd edərək, əldə olunan uğurlardan, qələbələrdən də geniş bəhs etdi. A.Nəbiyev bütün şəhidlərin və faciə qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının artıqlaması ilə alındığını bildirdi və onlara rəhmət dilədi.  

Tədbirdə partiya veteranlarından Məmməd Yusifov, Gülnaz Alişanova, Cavanşir Rüstəm, şəhid atası Müqabil Məmmədov, gənc partiya fəalı Sücayət Mahmudova çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşdülər.

 Sonda Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri  müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri