Qazaxda sürücü yük maşınını kanala aşırmaqdan son anda xilas oldu VİDEO | Icma.az
Avtosfer saytına istinadən Icma.az xəbər verir. Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 27-də səhər saatlarında Şıxlı kəndində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşına məxsus “Mercedes” markalı yük maşını hərəkətdə olarkən qəzaya uğrayıb.
Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.
Nəticədə idarəetməni itirən sürücü yük maşınını yol kənarına sürüb. Xoşbəxtlikdən nəqliyyat vasitəsi kanala aşmayıb.
Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınına maddi ziyan dəyib. Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Nərmin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu