Qazaxda sürücü yük maşınını kanala aşırmaqdan son anda xilas oldu VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 27-də səhər saatlarında Şıxlı kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşına məxsus “Mercedes” markalı yük maşını hərəkətdə olarkən qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Nəticədə idarəetməni itirən sürücü yük maşınını yol kənarına sürüb. Xoşbəxtlikdən nəqliyyat vasitəsi kanala aşmayıb. Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınına maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
Baxış sayı:66
Bu xəbər 28 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















