Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan qaz sahəsinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə yönəlmiş strateji təşəbbüslərini həyata keçirməyə başlayır.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, neft-qaz və kimya sahəsində inkişaf planları barədə enerji nazirinin müavini Alibek Jamauov “Energy Trends: Gas & Petrochemicals” beynəlxalq konfransında çıxışı zamanı məlumat verib.
Nazir müavininin sözlərinə görə, qaz hasilatının artacağı gözlənilir. Belə ki, 2024-cü ildə 59 milyard kubmetr qaz hasil edilibsə, 2025-ci ildə bu göstərici artıq 62,8 milyard kubmetrə çatacaq.
"Bizim məqsədimiz 2030-cu ilə qədər qaz hasilatını 74 milyard kubmetrə çatdırmaqdır. Lakin əsas vəzifə qazı ölkə daxilində maksimum səmərəli şəkildə emal edərək vətəndaşlarımızı və sənayeni təmin etmək, eləcə də qaz-kimya sənayesi üçün xammal bazası yaratmaqdır", - deyə Qazaxıstan Respublikasının energetika nazirinin müavini Alibek Jamaov vurğulayıb.