Qazaxıstan 2030 cu ilə kimi qaz hasilatının həcmini 74 milyard kubmetrə çatdırmağı planlaşdırır
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan qaz sahəsinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə yönəlmiş strateji təşəbbüslərini həyata keçirməyə başlayır.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, neft-qaz və kimya sahəsində inkişaf planları barədə enerji nazirinin müavini Alibek Jamauov “Energy Trends: Gas & Petrochemicals” beynəlxalq konfransında çıxışı zamanı məlumat verib.
Nazir müavininin sözlərinə görə, qaz hasilatının artacağı gözlənilir. Belə ki, 2024-cü ildə 59 milyard kubmetr qaz hasil edilibsə, 2025-ci ildə bu göstərici artıq 62,8 milyard kubmetrə çatacaq.
"Bizim məqsədimiz 2030-cu ilə qədər qaz hasilatını 74 milyard kubmetrə çatdırmaqdır. Lakin əsas vəzifə qazı ölkə daxilində maksimum səmərəli şəkildə emal edərək vətəndaşlarımızı və sənayeni təmin etmək, eləcə də qaz-kimya sənayesi üçün xammal bazası yaratmaqdır", - deyə Qazaxıstan Respublikasının energetika nazirinin müavini Alibek Jamaov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















