Qazaxıstan Azərbaycanın ikinci ən böyük türk tərəfdaşıdır TƏHLİL | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ticarət dövriyyəsi 470 milyon dolları keçdi TDT çərçivəsində humanitar xarakterli əməkdaşlığı daha da dərinləşdirmək lazımdırAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.
Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.Prezident İlham Əliyevin oktyabrın 18-də "Kazinform" agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur.
Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.
Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Dövlət başçısı ilk növbədə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur.
Tam oxu
Xəbəri oxu