Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Qazaxıstan Azərbaycanın ikinci ən böyük türk tərəfdaşıdır TƏHLİL

Qazaxıstan Azərbaycanın ikinci ən böyük türk tərəfdaşıdır TƏHLİL

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ticarət dövriyyəsi 470 milyon dolları keçdi 


TDT çərçivəsində humanitar xarakterli əməkdaşlığı daha da dərinləşdirmək lazımdır


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib. Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezident İlham Əliyevin oktyabrın 18-də "Kazinform" agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur. Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.

 Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlət başçısı ilk növbədə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr dayanır. Bu baza üzərində iki dövlət arasında əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Məhz bu etimad mühiti sayəsində ikitərəfli əməkdaşlıq yalnız rəsmi müqavilələrlə məhdudlaşmır, dövlətlərarası əlaqələr bütün səviyyələrdə, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik ölçülərində davamlı şəkildə dərinləşir. Bu strateji yaxınlığın ən mühüm hərəkətverici qüvvələrindən biri liderlər səviyyəsində aparılan fəal və konstruktiv dialoqdur. Prezident İlham Əliyev vurğulayıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə müşahidə edilən sürətli inkişaf və modernləşmə siyasəti Qazaxıstanı bölgənin ən dinamik dövlətlərindən birinə çevirib. Təkcə son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri bu münasibətlərin intensivliyini və strateji xarakterini təsdiq edir. Dövlət başçıları arasındakı müntəzəm görüşlər aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır. Bu səfərlər simvolik deyil, konkret nəticələrə hesablanmış və hər dəfə yeni əməkdaşlıq sahələrinə yol açan siyasi dialoq platformasıdır. Humanitar sahədə əməkdaşlıq da siyasi tərəfdaşlığın ayrılmaz parçasıdır. İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin simvolu kimi dəyərləndirilir. Bu mərkəz təkcə mədəni layihə deyil, tərəfdaşlığın dərin humanitar çalarıdır və hazırda onlarla uşağın təhsili üçün real imkan yaradır. Müsahibədə xüsusi vurğulanan digər strateji məqam iki ölkə arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik yubileyidir. Ötən illər ərzində təqribən 170 sənəddən ibarət hüquqi baza formalaşıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələr üzrə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu sənəd iki ölkə arasında uzunmüddətli və davamlı əməkdaşlığın etibarlı hüquqi təməlini qoyub. Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezidentin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan biznes mühitinə olan yüksək etimadın ifadəsidir.


Millət vəkili Sahib Alıyev Sherg.az-a deyib ki, ölkələrimiz arasında qarşılıqlı etimadla yanaşı, get-gedə artan qarşılıqlı maraq da var. Deputatın sözlərinə görə, bu gün Azərbaycan-Qazaxıstan əməkdaşlığı deyəndə nəqliyyat-logistika, neft-qaz sektoru, enerji sistemlərinin birləşdirilməsi, yaşıl energetika, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi, ərzaq təhlükəsizliyi, humanitar əlaqələr və turizm gəlir:


 "Azərbaycanla Qazaxıstan, eləcə də Mərkəzi Asiyadakı digər türk dövlətləri ilə humanitar əlaqələr sıx olub. Bu, təkcə çoğrafi yaxınlıqla bağlı deyil. Uzun müddət bir dövlətin tərkibində yaşamağımız burada mühüm rol oynayıb və bu özünü mental yaxınlıqda da göstərir. İnsanlararası əlaqələrin əvvəlki səviyyəsinin qorunub saxlanması üçün həm ikitərəfli, həm də TDT çərçivəsində humanitar xarakterli əməkdaşlığı daha da dərinləşdirmək lazımdır. Verdiyi intervüdə cənab Prezident buna da toxunub. Gələn il Birinci Türkoloji Qurultayın 100-ci ildönümünün təntənəli şəkildə keçirilməsinin planlaşdırılması da bu məqsədə xidmət edir. Türk dövlətləri, o cümlədən Azərbaycanla Qazaxıstan arasında turistlərin sayının artması da insanlarımızın, yeni nəslin bir-birini tanıması baxımından çox önəmlidir. Sevindirici haldır ki, burada da müsbət dinamika var. Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 86 min nəfər olub ki, bu da 2023-cü ildəkindən 49 faiz çoxdur. Ümid edirəm ki, builki statistika daha ürəkaçan olacaq". 


Parlament üzvü xatırladıb ki, Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin 20 illiyi qeyd edilib:

 "Cənab Prezidentin Qazaxıstana gözlənilən növbəti səfəri iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qalxması ilə nəticələnəcək. Burada tam müttəfiqlikdən söhbət gedə bilər. Bu isə öz növbəsində türk dünyasının vahid güc, həm də qlobal miqyaslı güc kimi çıxış etməsi deməkdir".


Millət vəkili Vüqar Bayramov da Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin "Kazinform" agentliyinə müsahibəsində Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu bir daha qeyd edilib. Deputatın sözlərinə görə, Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır:


 "470 milyon dollar ticarət dövriyyəsi ilə Qazaxıstan həmçinin türk dövlətləri arasında Azərbaycanın ikinci ən böyük ticarət ortağıdır. Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artıb.

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşıb. Ölkələr arasındakı iqtisadi əlaqələr ilə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Xüsusən də son illər türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib. Bu isə ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri