Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində çıxışlarını işıqlandırır.
AZƏRTAC xəbər verir ki, “Kazinform” agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirir.
Materialda qeyd olunur ki, Azərbaycanın dövlət başçısı beynəlxalq institutların uzun illər ərzində qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edə bilmədiyini vurğulayıb.
Xüsusilə, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin dörd qətnaməsini reallaşdırmaq mümkün olmayıb.
Agentlik Prezident İlham Əliyevin sözlərini sitat gətirir: “Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq.
Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu... Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi.
Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.